Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaurla Günayın xoş günü - "Unutma, sənə pislik edən çox olacaq"
Tarix: 04-08-2016 | Saat: 18:59
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Zaurla Günayın xoş günü - "Unutma, sənə pislik edən çox olacaq"

ATV-nin aparıcısı Zaur və Günay Baxşəliyevlərin qızı Dilavərin üç yaşı tamam olub.

"Xəbəraz.az "-ın məlumatına görə, Z.Baxşəliyev qızını sosial şəbəkədə təbrik edib:

“Qızım, gəldik çıxdıq üçüncü pilləyə. Həyat nərdivanının pillələrini hələ mənimlə dırmaşırsan. İnşallah, bir yerdə əlimi buraxıb, özün qalxacaqsan. Təki ayaq basdığın yerlər möhkəm olsun. “Qızım büdrəməyəsən” demək gəlir içimdən. Amma bu həyatda büdrəməsən, yıxılmasan mümkün deyil. Ən əsası odur ki, yıxılanda durmağı bacarasan.

Bir gün atan səndən çox uzaqlarda olacaq, onda səni görmək istədiyim zirvələrdə olacaqsan. Bu zirvə səni insanlardan ayırmasın, təklənmə. Təklik Allaha məxsusdur gülüm. İndi qolumun üstündə yatırsan, sümüyüm, ətim, qanımla sənin xidmətindəyəm. Yastığın, döşəyin, yeməyin oluram. Bir gün əziyyətimi unudacaqsan, çünki qanmaz anında xidmətindəyəm. Nə etsən də, bu həyatda əziyyətimi sənə halal edirəm, amma Allahını heç vaxt unutma.

Unutma, sənə pislik edən çox olacaq, amma sən insanlara pisliklə cavab vermə, saf ol.

Qızım, nə zamansa sevgidən acsan, bil ki, səni həyatda hər şeydən çox sevən bir kişi var – atan. Bu sevgi səni ömrünün sonuna qədər təqib edəcək. Səni sevirəm, qızım”.


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___