Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əməliyyatdan sonra ölən xəstənin həkimi: "Fəsadları bilirdilər" - FOTO (YENİLƏNİB)
Tarix: 04-08-2016 | Saat: 18:41
Bölmə:Karusel / Hadisə | çapa göndər

Əməliyyatdan sonra ölən xəstənin həkimi: "Fəsadları bilirdilər" - FOTO (YENİLƏNİB)

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Publika.az-a açıqlamasında xəstə yaxınlarının iddiaları ilə razılaşmayıb. Həkim bildirib ki, xəstə iki ay əvvəl Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub: “Əməliyyat normal keçib, ona anasının böyrəyini köçürmüşdük. İmmunsupreassiv dərmanlar qəbul etdiyindən bu cür xəstələrdə sepsis daha tez müşahidə edilir. Xəstə evə buraxıldıqdan sonra ağır vəziyyətdə, sepsis diaqnozu ilə yenidən xəstəxanaya qayıtdı. Müdaxilə edildi, müalicə aparılsa da, effekti olmadı. Reanimasiyaya yerləşdirilən xəstə dünyasını dəyişdi. Bütün dünyada böyrək köçürülən xəstələrin 10-15 faizində ölüm olur. Əməliyyatdan öncə, xəstə və yaxınlarına əməliyyatdan sonra yarana biləcək bütün fəsadlar barədə məlumat verilir. Lazımı sənəd imzalandıqdan sonra əməliyyata alınır. Bu dəfə də xəstə və yaxınlarına da yarana biləcək bütün fəsadlar barədə məlumat verilmişdi. Xəstə və yaxınları əməliyyatdan sonra yarana biləcək bütün fəsadlarla razılaşaraq sənədi imzaladıqdan sonra əməliyyata girmişdik”.

Həkim xəstənin ürək çatışmazlığından ölməsi fikri ilə razılaşmadı: “Xəstənin ölüm səbəbini məhkəmə tibbi ekspertizası təyin edir. Bu xəstə öldükdən sonra ekspertiza aparılmayıb və ona görə də ölümün hansı səbəbdən baş verdiyini dəqiqliyilə demək mümkün deyil".

***
14:52
Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Qazax rayon sakini Vüsal Fərzəliyevkeçinib. Böyrək çatışmazlığından əziyyət çəkən 36 yaşlı Vüsal təxminən iki ay öncə əməliyyat olunmuşdu. Ona anasının böyrəyini köçürmüşdülər.


Xəbəri paylaş

8088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___