İstanbulda hamilə jurnalist döyüldü: - "Niyə açıq geyinibsən?" - FOTO
Tarix: 03-08-2016 | Saat: 23:08
Bölmə:Karusel / Hadisə | çapa göndər
Türkiyədəki “Evrensel” qəzetinin məsul katibi Hazal Ölmez dünən evə gedərkən bir qrup şəxsin hücumuna məruz qalıb.
"Xəbəraz.az "bildirir ki, qışqıraraq “Niyə açıq geyinibsən?! Çevrilişçisən, qiyamçısan, Fəthullah Gülen tərəfdarısan” deyən şəxslər qadını vuraraq yerə yıxıblar. Hücum edənlərin ikisi qadın, üçü kişi olub.
Hamilə qadını təpikləyən bu adamlar qışqırırdılar: “Məhəllədə sənin kimi daha dörd nəfər var. Növbə onlara da çatacaq”.
Hamiləliyin 6-cı ayında olan H.Ölmezin dediyinə görə, bu hücum əvvəlcədən planlaşdırılıb.
“Axşam saatlarında işdən çıxanda marketə getdim. Oğluma şirniyyat aldım, sonra evə yollandım. Qəflətən kimsə saçımı dartdı. Geri dönəndə çarşablı bir qadını gördüm. “Nə olub, niyə saçımı dartırsan” soruşanda başqa qadın məni vurmağa başladı. Daha sonra onlara üç kişi qoşuldu və məni döyməyə başladılar”, – jurnalist söyləyib.
Hazal Ölmez döyülərkən yoldan keçənlərdən kimsə ona yardım etməyib. Əksinə, saqqallı bir kişi “Allah bilir nə etdin ki, səni belə cəzalandırırlar” söyləyib.
Qadını təpikləyib “doyan”dan sonra hücum edənlər arasındakı kişi H.Blmezə söyləyib: “Bundan sonra belə geyinməyəcəsən. Biz istədiyimiz kimi geyinəcəksən, bizə itaət edəcəksən”.
Sonucda “Allahu Əkbər!” qışqıran dəstə olay yerindən uzaqlaşıb.
Taksi tutaraq klinikaya yollanan H.Ölmezin ayaq bilək sümüyünün zədələndiyi təsbitlənib.
Polisə şikayətilənən H.Ölmezin dediyinə görə, bətnindəki övladının zərər görməməsinə sevinir.
Xəbəri paylaş
6568 dəfə oxunub.
Digər xəbərlər

12-06-2016, 18:59
Göygöldə qəza: ölən var
31-05-2021, 08:25
AzTV-nin yayımı dayandırıldı – Səbəb
8-05-2023, 14:28
Külək, yağış, dolu - Sabahın havası
4-07-2015, 20:49
35 yaşlı kişi bıçaqlanıb
31-08-2016, 21:02
Polis avtobus sürücülərinə müraciət etdi
6-04-2015, 12:41
Türkiyə Azərbaycan vətəndaşlarını Yəməndən çıxardı
16-12-2016, 16:16
Palmira simvolikdir, Hələb isə… - Putin
17-12-2015, 11:08
Yeni il hədiyyələrini bağlamağın maraqlı üsulları FOTO
12-08-2016, 01:03
Günün qoroskopu-Çətin zamanlardır, amma...