Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda bu marşrutlarda kart sistemi tətbiq edilir - SİYAHI
Tarix: 03-08-2016 | Saat: 17:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda bu marşrutlarda kart sistemi tətbiq edilir - SİYAHI


Sentyabr ayının 1-dən Bakıda altı marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək.

Bu barədə Trend-ə “Xaliq Faiqoğlu” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fizuli Sadıqov deyib.

Onun sözlərinə görə, bu sistem 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrutlar üzrə hərəkət edən 130 avtobusu əhatə edəcək.

F.Sadıqov bildirib ki, avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşır. Bununla yanaşı, avtobuslarda müşahidə kameraları quraşdırılır.

F.Sadıqov əlavə edib ki, cihazların quraşdırılması başa çatdıqdan sonra gediş haqqı metroda və “BakuBus” MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.

Qeyd edək ki, yuxarıda qeyd olunan 6 marşrut “Xaliq Faiqoğlu” şirkəti tərəfindən istismar olunur.


Xəbəri paylaş

7668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___