Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnanılmaz, amma gerçək: kim deyər ki, bunun 4 yaşı var? FOTO/VİDEO
Tarix: 31-07-2016 | Saat: 15:10
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər

İnanılmaz, amma gerçək: kim deyər ki, bunun 4 yaşı var? FOTO/VİDEO

"Nə edəcəyimi bilmirəm! O doğulanda sanki yadplanetli, qorxulu məxluq idi. Amma övladımdır, canımdan artıq sevirəm onu. Balamdır, lakin dərdinə çarə tapa bilmirəm".

4 yaşlı Bayazid Hüseynin anası Tripti Xatun belə deyir. Bayazidin 4 yaşı olsa da, o, zahirən 80 yaşlı qocaya bənzəyir.
Banqladeşin cənubundakı Maqura şəhərindəki ailədə böyüfən Bayazidin sifəti şişdir, dərisi qırış-qırışdır. Onun gözləri qıyılıb, oynaqlarındakı ağrılardan şikayətlənir.

Böyrəklərində problemlər olan Bayazidin dişləri də laxlayır.
Kənddəki uşaqlar Bayazidlə oynamağa qorxurdular. Amma uşağın atasının dediyinə görə, oğlu yaşıdlarından dəfələrlə ağıllıdır.
Həkimlərin sözlərinə görə, Bayazid Hüseyndə proqeriya xəstəliyinin nadir forması və "Cutis Laxa" sindromu var.
Bayazidin anası, 18 yaşlı Tripti Xatunun sözlərinə görə, oğlu 3 yaşı olanda yeriməyə başlayıb.
"Oğlum doğulanda bir dəri, bir sümükdü. Canlı skeletə bənzəyirdi. Sonra böyüdü. Həkimlər onu necə müalicə edəcəklərini bilmirlər", - 14 yaşı olanda Bayazidi dünyaya gətirmiş Tripti söyləyir.

Triptinin əri Lovelu fəhlədir və ayda 5 min rupi, yəni təqribən 50 dollar qazanır.
Tripti ilə Lovelu əmiuşaqlarıdır. Onlar Lovelunun valideynləri - 50 yaşlı Haşem Şekdar və 40 yaşlı Aişə Bequmla birlikdə yaşayırlar.
Oğlunun müalicəsinə indiyədək 10 min dollara yaxın pul xərclədiyini deyən Lovelu nə edəcəyini bilmir: "Xəstəxanalarda, pirlərdə, falçılarda, cadugərlərin evlərində olduq. Amma kimsə oğluma kömək edə bilmədi".
Maquradakkı hospitalın həkimi Debahis Bişvasın dediyinə görə, Bayazid Hüseynin orqanizmində sürətli qocalma prosesi gedir: "Bu uşaq ən uzağı 15 yaşınadək yaşayacaq. Məsləhət görərdim ki, onu paytaxt Dəkkədəki Banqabandhuu Şeyxa Mucib hospitalına aparsınlar. Burada uşağı müalicə edə bilmərik".
Bayazid isə tanımadığı insan görən kimi qışqırır: "Mənə yaxın gəlməyin!"



Xəbəri paylaş

7898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___