Azərbaycanlı məşhurdan ŞOK SÖZLƏR: “Beş dəqiqəlik öpüşə...”
Tarix: 29-07-2016 | Saat: 14:20
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
“Azərbaycanda ilk dəfə filmdə fahişə obrazını mən oynamışam”.
"Xəbəraz.az " xəbər verir ki bunu Publika.az-a açıqlamasında əməkdar artist, aktrisa Mehriban Xanlarova deyib. Aktrisa bu gün də filmin dramaturji həlli tələb etdiyi halda belə obraz yaradacığını bildirib. Amma bir şərtlə: “Azərbaycanda aktrisaya o qədər qonorar verilmir ki, erotik filmə çəkilsin, el qınağını da üzərinə götürsün. Gənc aktrisa bəyan etmişdi ki, mənə milyon versələr, soyunub açıq-saçıq filmə çəkilərəm. Əslində Mələk mənim sözlərimi təkrarlayır, bu fikirləri mən çoxdan demişdim. Nəinki soyunmaq, beş dəqiqə öpüşə görə, məni yuyub-sərəcəklər. Bizim insanlar xarici filmlərə həvəslə baxırlar, demirəm seks səhnələri, adi sevişmə səhnələrini göstərəndə normal qəbul edirlər. Amma onu azərbaycanlı aktyor edəndə, vay dədəm vay, ağızlarını açıb, gözlərini yumurlar. Mən “Sahilsiz gecə” filminə çəkiləndə 15 yaşlı gənc fahişə qız obrazını oynamışam. Filmdə açıq-saçıq səhnələr yoxdur. Amma bunu sözlərlə ifadə edirəm. Orada bir kadr var, oğlanın bacısına deyirəm ki, get qardaşına de, ki mən fahişəyəm. Filmdən sonra hamı başladı mənə namus dərsi keçməyə. Dəstə yığıb, filmin rejissoru Şahmar Ələkbərovun üstünə getdilər. Xəbər çıxdı ki, guya məni döyüblər. Amma heç kim məni döyə bilməzdi. Sözümün canı budur ki, həmin filmə görə Pribaltikada mən mükafat verdilər, dedilər nə gözəl oynamısan. Amma Azərbaycanda məni daş-qalaq elədilər. Mən peşəkar aktrisayam, istədiyim qonorarın müqabilində açıq-saçıq səhnələrə çəkilərəm”.
Xəbəri paylaş
8388 dəfə oxunub.
Digər xəbərlər

23-08-2015, 13:36
TÜRKLƏR AYGÜNÜ “HƏFTƏNİN SƏNƏTÇİSİ” ETDİLƏR (FOTO)
4-03-2021, 18:44
Səndə hardandır bu qədər pul?.. - İTTİHAM
13-03-2015, 11:42
Hadı Rəcəbli: Bu, Allahsızlıqdır
8-12-2017, 13:07
Gəncədə 20 yaşlı oğlanı öldürdülər
23-06-2022, 13:48
Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır - Alverçilər fermerlerdən çox pul qazanır - VİDEO
11-12-2018, 17:12
Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputatdan Açıqlama
16-04-2016, 20:00
Azərbaycanın Rusiyadakı səfirliyi: "Emil Məhərrəmov vəhşicəsinə döyülüb"
22-07-2015, 16:54
İŞİD-ın 6 milyon dollarını oğurladı və... (FOTO)
5-05-2017, 12:51
İntim görüntüsü ilə səs-küy yaradan aktyor: " Hiss edərək edirsə..."
4-10-2020, 10:50
ATƏT rəsmisindən Ermənistana qarşı sanksiya çağırışı