Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ-dan növbəti Gülən AÇIQLAMASI
Tarix: 29-07-2016 | Saat: 10:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ-dan növbəti Gülən AÇIQLAMASI


ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ABŞ-ın Türkiyədəki qanlı çevriliş cəhdinin arxasında olduğuna dair söylənənlərə reaksiya verərək deyib: "Türkiyə təkcə bir müttəfiq deyil, eyni zamanda dostdur".


Kirbi günlük brifinqdə ABŞ-ın Pensilvaniya ştatında yaşayan və Türkiyədə 15 iyulda hərbi qiyam cəhdini təşkil etməkdə ittiham olunan Fətullah Gülən barədə də danışıb.

Kirbi deyib ki, Türkiyədəki hərbi çevriliş cəhdinin ABŞ-la bağlılığı yoxdur.

F.Gülənin Türkiyəyə verilməsi məsələsinə toxunan Kirbi bildirib: "Biz Gülənin qaytarılması haqqında mütəmadi olaraq danışırıq. Bu dəlill-sübutlardan asılı olan bir durumdur".

Kirbi deyib ki, bu prosesin Dövlət Departamenti və Ədliyyə Nazirliyinin yurusdiksiyası altındadır: "Daha əvvəl dediyim kimi bəzi sənədlər bizə çatıb və hazırda analiz edilir. Bu mövzuda yenilik yoxdur".

Dövlət Departamentinin sözçüsü onu da deyib ki, Türkiyə hökuməti çevriliş cəhdinin sona qədər araşdırmalıdır və çevriliş cəhdi edənləri məsul tutmalıdır".


Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___