Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rus əsgər Gümrüdən qaçıb: ermənilər qorxu içindədir
Tarix: 28-07-2016 | Saat: 16:41
Bölmə:Karusel / Hadisə | çapa göndər

Rus əsgər Gümrüdən qaçıb: ermənilər qorxu içindədir

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında əsgərlərdən biri fərarilik edib

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, fərari əsgərin silahı ilə birlikdə qaçdığı deyilir. Gümrüdə silah səslərinin eşidilməsi də əsgərin qaçması ehtimalını gücləndirib.

Lakin Ermənistan polisinin mətbuat katibi Açot Aqaronyan Gümrüdə atəş səslərinin eşidilməsini təkzib edir.

“Gümrüdə atəş səslərinin eşidilməsi haqda deyilənlər doğru deyil. Gümrü bazasından bizə verilən məlumata görə, bazadan heç bir silah yoxa çıxmayıb”, - deyə o bildirib.

“Lragir” saytı isə yazır ki, polis silah səslərinin eşidilməsini təkzib etsə də, əsgərin qaçması xəbərini inkar etməyib.

“Görünür, əsgər silahsız qaçıb”, - deyə sayt yazıb.

Daha sonra sayt sonuncu dəfə 2015-ci ilin 12 yanvarında hərbi qulluqçu Valeri Permyakovun bazadan qaçdığını və bir ailənin 7 üzvünü qətlə yetirdiyini xatırladıb.


Xəbəri paylaş

8188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___