Rusiyadakı işsizlərin sayı açıqlandı - Rəsmi
Tarix: 27-07-2016 | Saat: 00:21
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiyada 954 842 nəfər işsiz kimi dövlət qeydiyyatındadır.
Report-un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu rəqəmi ölkənin Əmək Nazirliyi açıqlayıb.
Qurumun məlumatına əsasən, iyulun 13-dən 20-dək bir həftə ərzində işsiz statusu olan ölkə vətəndaşlarının sayı 0,1% azalıb. Ölkənin ayrı-ayrı regionları üzrə vəziyyət isə fərqlidir. Belə ki, işsizlərin sayı 39 regionda azalıb, 42 regionda isə artıb. Novosibirsk, Tomsk, Nijeqorod vilayətlərində, eləcə də Tatarıstanda dəyişiklik olmayıb.
Rusiyada işsizlər əmək qabiliyyətli əhalinin 1,2%-ni təşkil edir. Bu nisbət 2015-ci ilin iyul ayında 1,3% olub. İşsiz statusu verilmiş insanların təqribən 80%-nə aylıq müavinət ödənilir.
Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında aparılan hesablamalar isə Rusiyada işsizlərin sayının 4 mln.-dan çox olduğunu göstərir. Bu, əmək qabiliyyətli əhalinin 5-6%-i deməkdir.
Xəbəri paylaş
6008 dəfə oxunub.
Digər xəbərlər

23-06-2017, 09:47
Əri tərəfindən döyülən qadın kəllə-beyin travması alıb - Bakıda
23-02-2016, 16:41
Nazirlikdən “həbli portağallar"la bağlı açıqlama - Video
18-06-2021, 13:40
Temperatur 39 dərəcəyədək yüksələcək - PROQNOZ
29-05-2016, 14:57
BAĞDAT”IN NÖVBƏTİ AZƏRBAYCANLI İFAÇISI – VİDEO
18-04-2015, 02:11
300 amerikalı desant Ukraynada təlim keçir.
7-06-2016, 06:10
8 saata xərçəngdən xilas edən bitki - Zəncirotu
17-06-2015, 13:25
İrəvanı böyük fəlakə gözləyirlər
12-08-2015, 20:25
İlham Əliyevdən Olimpiya Oyunları ilə bağlı- Sərəncam