Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvanda silah zavodunda güclü partlayış - Ölən və yaralananlar var/YENİLƏNİB - VİDEO+FOTO
Tarix: 26-07-2016 | Saat: 17:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şirvanda silah zavodunda güclü partlayış - Ölən və yaralananlar var/YENİLƏNİB - VİDEO+FOTO

Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla bağlı Şirvan şəhər xəstəxanasına yaralılar gətirilməkdə davam edir.

"Xəbəraz.az " xəbər verir ki, xəstəxanadan qaynarinfo.az-a verilən məlumata görə, xəstəxanaya 10 ağır yaralı gətirilib.

Ərazidə olan tibbi yardım birqadası yaralıları gətirməkdə davam edir. Partlayışın həcmi böyük olduğundan və yaralıların sayı artığına görə Bakıdan əlavə tibbi yardım qüvvəsi cəlb olunub.

16:44
Şirvan şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib.

"Xəbəraz.az " xəbər verir ki, İcra başçısının köməkçisi Vasif Əliyev azVision.az-a bildirib ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.

İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.

Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

***

Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsinin rəisi Bəxtiyar Əsədov ölkə.az-a verdiyi açıqlamada bildirdi ki, nazirliyin Şirvandakı "Araz" zavodunda güclü partlayış verib.

"Partlayışın nə səbəbdən baş verdiyi hələlik məlum deyil. Araşdırma aparılır. Sosial şəbəkələrdə çoxlu sayda ölünün olduğu barədə gedən məlumatlar yalandır. Hazırda bununla bağlı da dəqiqləşdirmə aparıb rəsmi məlumat yayacağıq",- deyə nazirlik rəsmisi deyib.

15:58

Şirvan şəhərində “Araz” zavodunda partlayış olub.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhər sakinləri məlumat verib.

Onlar bildirib ki, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin «Üfüq» İstehsalat Birliyininin nəzdindədir.

Xatırladaq ki, ötən ildə də həmin zavodda partlayış olmuşdu.

***

Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur.

***

“Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.



Xəbəri paylaş

8108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___