Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəniz suyunun İNANILMAZ FAYDASI
Tarix: 26-07-2016 | Saat: 14:39
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Dəniz suyunun İNANILMAZ FAYDASI

Türkiyəli estetik plastik və rekonstruktiv cərrah Bülənd Cihantimur dəniz suyunun dərini gözəlləşdirdiyini deyib.

"Xəbəraz.az "Publika.aza istinadən xəbər verir ki, cərrah dəniz səsinin sinirlər, suyunun isə dəri üçün faydalı olduğunu vurğulayıb: "Dəniz kənarındakı yodlu hava beyni fəallaşdırır, yaddaşı möhkəmləndirir və bədəni cavanlaşdırır. Dəniz suyu həyat tonusunu artırır və orqanizmin müdafiə qüvvələrini gücləndirir. Su səsi ürək ritmi üzərində sakitləşdirici təsir yaradır, bədən bu zaman daha çox oksigen tələb edir və dərindən nəfəs almaq ehtiyacı hiss edir. Ona görə də kardioloqlar üək xəstələrinə yay mövsümündə dənizdə çimməyi tövsiyə edir. Oksigen qəbulunu sürətləndirən mənfi ionlu dəniz havası serotonin (xoşbəxtlik hormonları) ifrazını sürətləndirir. Ona görə də nevropatoloqlar bəzi xəstələrinə dənizə getməyi məsləhət görür. Bu isə dənizin antistress təsiri yaratması və bədəni enerji ilə təmin etməsi ilə bağlıdır”.
Bülənd Cihantimur dəniz suyu ilə günəş şüalarının xroniki dəri xəstəlikləri üzərində də yaxşılaşdırıcı təsirə malik olduğunu ifadə edib: “Dəniz havası ilə günəş dəriyə son müalicəvi təsir göstərir. Araşdırmalar da göstərir ki, dəniz suyunun tərkibində 90-a yaxın faydalı, hətta şəfalı maddələr var. Onlar arasında ən əhəmiyyətlisi kalium xloriddir. Kalium xlorid dərinin elastiklik dərəcəsini artırır, onun səthini hamarlaşdırır və təravət bəxş edir. Dalğalar dəriyə yüngül masaj effekti verir, oksigenlə zənginləşdirir, qan dövranının işini yaxşılaşdırır, təzyiqi aşağı salır. Bundan əlavə günəş vannası qəbul etdikdə SPF tərkibli kremlərdən istifadə etmək son dərəcə vacibdir".Cərrah son olaraq yay mövsümü ərzində mümkün qədər dəniz suyundan və günəşdən istifadə etməyin həm fiziki, həm də psixoloji olaraq orqanizmə müsbət təsir etdiyini bildirib.


Xəbəri paylaş

6388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___