Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərini öldürən qadının atasından — İLGİNC AÇIQLAMALAR
Tarix: 25-07-2016 | Saat: 15:59
Bölmə:Karusel / Hadisə | çapa göndər

Ərini öldürən qadının atasından — İLGİNC AÇIQLAMALAR

İyulun 23-də Bakının Ramana qəsəbəsində 27 yaşlı Nuridə Kərimovanın münaqişə zəminində 32 yaşlı həyat yoldaşı Vüqar Kərimovu qətlə yetirməsi böyük ajiotaja səbəb olub.

İlkin məlumatlara görə, Sabunçu qəsəbəsindəki kafelərin birində işləyən ər evə sərxoş vəziyyətdə gəlirmiş. Elə hadisə baş verən gün də ər içkiliymiş və ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib. Dörd yaşlı qız atası olan V.Kərimov elə hadisə yerindəcə keçinib.

Ölkə.Az Sabunçu polisi tərəfindən saxlanılmış Nuridə Kərimovanın atası Vidadi Rzayevi çətinliklə də olsa tapa bilib.


- Vidadi bəy, qızınız Nuridə Kərimova Vüqar Kərimovla neçə ildir ailəli idi?

- Yeddi il.

- Evlilikdən öncə qohum idiniz?

- Nuridəylə Vüqarın evliliyindən əvvəl mənim bir bacım qızı onların gəlini idi.

- Bildiyimə görə, əslən Cəlilabad rayonundansınız. Onlar da Cəlilabad rayonundan idilər?

- Xeyr, Kürdəmir rayonundan.

- Yeddi il ərzində Vüqarla Nuridənin münasibətləri necə idi?

- Dava-dalaşları dəfələrlə olurdu. Ayırmaq istəmişik, alınmayıb. Söz verirdilər ki, yaxşı olacaq, düzələcək. Oğlan özü də söz vermişdi ki, içki içməyəcəyəm, özümü yaxşı aparacağam.

- Vüqarın çatışmazlığı içkiylə bağlı idi, yoxsa digər pis vərdişləri də olub?

- Belə normal insan idi, amma içəndə əzazil olurdu, özünü idarə edə bilmirdi. Nuridəni döyüb-söyürdü. Mən biləndə qızımı çağırıb gətirmişəm evimə, buraxmamışam. Sonra valideynləriylə gəlib, üzr istəyib, xahiş edib.

- Hadisənin necə baş verməsi barədə məlumatınız var?

- Saat üçdə mənə zəng gəldi ki, Vüqar rəhmətə gedib, valideynlərinə zəng edin gəlsinlər.

- Kim zəng vurmuşdu?

- Qonşuları.

- Hadisədən sonra qızınızı görmüsünüz?

- Evlərinə gedirdim, çatana yaxın polis zəng vurdu ki, evə gəlmə, biz bölməyə çatırıq. Ora getdim, on dəqiqə gözlədim, gəldilər.

- Kirayədə yaşayırdılar?

- Öz evləri idi.

- El qınağına görə boşanmalarına imkan verməmisiniz, yoxsa qızınız boşanmaq istəmirdi?

- Dəfələrlə boşanmaq istəyiblər, özü, valideynləri, qohumları gəlib xahiş ediblər ki, ortada uşaq var. Oğlan da deyirdi ki, içməyəcəm, özümü yaxşı aparacam.

- Qızınızın əsəbləriylə bağlı problemi olub?

- Əvvəldən sakit insan olub. Son vaxtlar Vüqar qızıma çox işgəncələr verdiyinə görə psixoloji durumu pozulmuşdu. Dünən bölməyə gətirəndə gördüm. Qolları, boğazı gömgöy idi. Deməli, içəndə işgəncə verirmiş, qız da qorxusundan demirmiş ki, əsəbləşərəm.

- Anasına, bacısına deyirmiş?

- Mənə deməyiblər, nə olubsa sonradan bilmişəm.

- Baş vermiş hadisədə özünüzü təqsirkar bilirsiniz?

- Ən böyük təqsir məndədir. Gərək vaxtında onun valideynlərinin, qohumlarının xahişinə baxmayaydım, ayıraydım.

- Ola bilərmi ki, hadisə qısqanclıq zəminində baş versin?

- Qısqanclıq söhbəti deyildi. Yazıq gedib dönərxanada işləyirdi, üst-başı ət iyi verirdi. Səhərdən axşama kimi işləyib evinə gələn adam olub. Kirin, kərmənin içində olan adama kim yaxın gedər? Sadəcə, içki içib özünü apara bilmirdi. O gün uşaq deyib ki, son zamanlar dərman qəbul edirmiş. Deyir, o dərmanı içəndən sonra lap əzazil olurdu.

- O dərman nə ilə bağlıymış ki?

- Deyirmiş məni sakitləşdirəcək. Üstündə gəzdirirmiş.

- Nəvəniz indi haradadır?

- Övladları iki ildən sonra olmuşdu. Uşaq da bizimlə bir yerdədir.

- Uşağın hadisədən xəbəri var?

- Yox.

- İki gündür atasını, anasını soruşmur?

- Onların evində işıq yox idi. Uşaq o evə getməyə qorxur. Deyir, ora getmirəm, işıq yanmır. Qaçaq yolla qoşurmuşlar, onu da gəlib söndürürmüşlər, günlərlə işıq olmurmuş.

- Anasını soruşur?

- Soruşur.

- Nə cavab vermisiniz?

- (qəhərlənir) Deyirik aparacağıq da...


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___