Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Almaniyada partlayış: yaralıların sayı 14-ə çatdı
Tarix: 25-07-2016 | Saat: 09:27
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Almaniyada partlayış: yaralıların sayı 14-ə çatdı
Almaniyanın Ansbah şəhərində törədilən partlayış nəticəsində yaralıların sayı 14-ə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlarda 3-ün vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Partlayış “Eugens Weinstube” restoranının qarşısında baş verib. Bavariyanın daxili işlər naziri bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb. Adı açıqlanmayan şəxsin Suriya əsilli olduğu qeyd olunur.

***

Şəhərdə baş verən insidentə səbəb partlayıcı qurğunun işə salınması olub.

APA-nın “Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Ansbah şəhərinin meri Karda Zaydel bəyan edib.

“Söhbət məişət qazından getmir, insidentə səbəb partlayıcı qurğunun işə salınması olub”, deyə K.Zaydel bildirib.

Partlayış “Eugens Weinstube” restoranının qarşısında baş verib. Hadisə yerinə çoxsayda polis və hərbi helikopterlər cəlb edilib. Bavariyanın daxili işlər naziri Yoahim Hermann hadisə yerinə yollanıb.

***
Almaniyanın cənubundakı Ansbah şəhərində restoranda güclü partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəində 1 nəfər ölü, 11 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki, məlum deyil. Polis ərazini əhatəyə alıb, faktla bağlı araşıdırmalara başlanılıb.


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___