Beynimiz niyə 31 saniyədən bir "feysbuku" yoxlamaq İstəyir?
Tarix: 24-07-2016 | Saat: 18:34
Bölmə:Karusel / Maraqlı | çapa göndər
"Xəbəraz.az "Publika.aza istinadən xəbər verir ki, son illərin ən ciddi problemlərindən biri də budur- hər hansı bir işlə məşğul olarkən beynimiz bizdən tez-tez Facebook başda olmaqla, sosial şəbəkələri yoxlamağımızı tələb edir. The Next Web xəbərinə görə bu müddət təxminən 31 saniyədir.
Alimlərin apardığı araşdırmalar göstərir ki, bir insanın yenidən öz işinə konsentrasiya olması təqribən 15 dəqiqə çəkir. Bu vəziyyət isə işlərimizin gecikərək, böyüməsinə səbəb olur. Bu vaxt itkisi konsetrasiyamızı pozduğu üçün ciddi vaxt itkisinə səbəb olur.
Qrafikdə mavi rəng məktəb tapşırığını, qırmızı isə Facebook və digər şəbəkələri göstərir.
Bir tədqiqat əsnasında, universitetin kompüter otağında tələbələrin iş planları ilə bağlı əldə edilən nəticələr bu araşdırma ilə də yaxından əlaqəli idi.
Araşdırmaya əsasən tapşırıq etməyə çalışan bir tələbə 31 saniyəlik periodlar şəklində bunu edə bilir. Keçmişdə bu periodun 5 dəqiqə olduğunu bilirik. Qrafikdən də göründüyü kimi tələbələrin konsetrasiyasının bu qədər qısa müddət ərzində pozulmasının səbəbi Facebook-u yoxlamaq istəyidir.
Əsas sual isə başqadır. Hər 31 saniyədə sosial şəbəkələrə girmək istəyimizi necə dayandıra bilərik?
Tənbəllikdən xilas olun
Facebook və digər diqqətinizi pozan şeylərə girişinizi çətinləşdirin. İnsanlar adətən işlərini yarımçıq qoyub başqa şeyə keçməyi sevmirlər. Facebook və digər şəbəkələrdən uzaq durmağın effektiv yollarından biri gördüyünüz işə bütün diqqətiniz verməkdir.
Çətin işlərdən başlayın
Əgər görəcəyiniz iş çətindirsə, daha çox əmək sərf etməyə çalışırsınız. Çünki çətin işlər daha yaradıcı olmağınızı təbə edir. Belə işlərdə diqqətinizi pozmamaq çox önəmlidir. Uzun müddət belə işlər görərək konsentrasiya probleminizi həll edə bilərsiniz.İşləyərkən əvvəlcə çətin olanlardan başlayın və bunu edərkən fikrinizin dağılması ehtimalına qarşı qeydlər aparın.
Bitirməli olduğunuz işlər haqqında həyəcanınızı itirməyin.
Bu çox önəmlidir. Alimlər iddia edirki bir işi daha rahat bitirməyin yolu həmin işlə əlaqədar keçirdiyiniz həyəcandan asılıdır. Bu həm də tənbəllikdən xilas olmağınıza kömək edəcək. Belə edərək gördüyünüz işin ortasında Instagrama girib şəkillərə baxmaqdan da xilas ola bilərsiniz.
Prioritetlərinizi müəyyən edin.
Çətin bir işin sonunu görə bilmək üçün şüurlu planın böyük əhəmiyyəti var. Əgər siz əlinizdəki işi Cümə gününə qədər bitirməyi planlaşdırırsınız, beyniniz üçün də bu tapşırığı yerinə yetirmək yolunda önəmli addım atırsınız. Çünki iş əsnasında Facebook və ya İnstagram'a baxmaq istəyəndə beyniniz sizə işi vaxtında bitirməli olduğunuzu xatırladacaq.
Sosial şəbəkələrin bildirişlərini söndürün.
Telefon ekranınıza gələn bildirişlər fikrinizi, diqqətiniz tez-tez baltalayır. Əgər bütün şəbəkələrdə bildirişləri söndürmək imkanınız yoxdursa, ən azından sayını azalda bilərsiniz. Bir başqa variant isə telefon ekranınıza sizə xəbərdarlıq edəcək virtual effekt qoymaqdır. Bu sizin hər bildiriş gələndə telefonunuzu əlinizə almaqdan çəkindirəcək.
Xəbəri paylaş
6768 dəfə oxunub.
Digər xəbərlər

10-07-2018, 21:56
MTRŞ aşıq olayına görə ATV-yə xəbərdarlıq etdi
19-06-2017, 13:15
"Nigar Camal altı ayadək müddətə azadlıqdan məhrum edilə bilər" — "Yol polisi qudurub" ifadəsi başına bəla oldu
16-12-2016, 18:11
Əhalinin DİQQƏTİNƏ: yeni işıq tariflərini belə hesablayın - QAYDA
10-04-2018, 13:30
İki ayda 8065 nikah, 2383 boşanma qeydə alınıb
27-05-2020, 14:20
"Ramil Səfərovun ekstradisiyasına görə dövlətimiz məsuliyyət daşıya bilməz" - Çingiz Qənizadə
11-08-2016, 01:54
Rövnəq Abdullayev Braziliyada
26-05-2021, 15:40
Heç vaxt gözlərinizi ovxalamayın! Ciddi göz problemlərinə səbəb olur
24-04-2016, 17:00
Ailələrdəki zorakılıq hallarını necə azaltmaq olar?
22-12-2015, 21:51
Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq
25-04-2016, 16:31
Masazırda 10 mənzildən oğurluq edən tutuldu (FOTO)