Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dırnaqları möhkəmlədən təsirli üsullar
Tarix: 23-07-2016 | Saat: 15:12
Bölmə:Karusel / Qadınlar | çapa göndər

Dırnaqları möhkəmlədən təsirli üsullar


Əl və dırnaqlar gözəlliyimizi tamamlayan əsas ünsürlərdir. Amma bir çox qadın üçün baxımlı dırnaqlara sahib olmaq xəyaldır. Xüsusilə havaların soyuqlaşdığı vaxtda əllər və dırnaqlar daha çox zərər görür.

Zeytun yağı və limon suyu qarışımı:
1 çay qaşığı zeytun yağı və 1-2 damcı limon suyunu qarşıdırıb həftədə 2 dəfə dırnaqlarınıza çəkin. Gecə yatmazdan əvvəl dırnaqlarınızı masaj edin. Əlcək geyinib səhərə kimi saxlayın. Səhər qalxığınızda isə əllərinizi ilıq su ilə yuyun.

E vitamini gecə terapiyası:
1-2 damcı E vitamini yağını gecə dırnaqlarınıza çəkib səhərə kimi saxlayın. Bu ən effektiv və sürətli nəticə əldə edilən yoldur. 3 damcı yod, 1 qaşıq soda, 1 qaşıq duz, 1 stəkan mülayim su ilə qarışdırıb dırnaqlarınızı masaj edin.

Əgər dırnaqlarınızın qırılmasından əziyyət çəkirsinizsə 1 stəkan su, yarım limon suyu və bir qaşıq zəncəfili qarışdırıb dırnaqlarınıza çəkib 30 dəq saxlayın. İlıq su ilə yuyun. Ən əhəmiyyətli yol isə təbii olaraq nəmləndirmədir. Əllərinizi keyfiyyətli sabunla (Yaxşı olar ki, uşaq sabunu ilə. Çünki uşaq yuma vasitələri daha az kimyəvi maddə tərkibli olur) yuyun və yuduqdan sonra nəmləndirici kremdən istifadə edin. Əllər üçün xüsusi kremdən əlavə jojoba yağı, aloe vera, badam yağı və çay ağacı tərkibli hər hansı kremdən də istifadə edə bilərsiniz. Bu yağlar dırnaqlarınızı lazım olan nəm ilə təmin edir.


Xəbəri paylaş

9798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___