Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların keçirilməsi federasiyamız tərəfindən dəstəklənir"
Tarix: 23-07-2016 | Saat: 02:41
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

"Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların keçirilməsi federasiyamız tərəfindən dəstəklənir"


Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Qazax" Süd Məhsulları"nın təşkilatı dəstəyi ilə ulu öndər Heydər Əliyev kuboku uğrunda növbəti kikboksinq turniri keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, Gürcüstan və Azərbaycan kikboksçularının bir araya gələcəyi beynəlxalq turnir 24 iyul 2016-ci il tarixində saat 12:00-da Qazax Olimpiya Kompleksində baş tutacaq. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev beynəlxalq turnirlərin keçirilməsinin əhəmiyyətindən danışdı: “Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların keçirilməsi federasiyamız tərəfindən dəstəklənir və qarşıda belə tədbirlərin keçirilməsi sistemli təşkilinə şərait yaradır. Həmçinin, idmançılarımızın beynəlxalq tipli yarışlarda döyüşlərə çıxmaları təcrübələrini artırır. Çalışırıq ki, bu kimi turnirlərlə idmançılarımıza nüfuzlu beynəlxalq yarışlarda iştirakına stimul verək.”

Azərbaycan tərəfdən AKF yığma komandasının üzvləri Zöhrab Əzimov(60 kq),Ruslan Əliyev(63,5 kq),Arzuman Qədimov(67kq),Ramal Aslanov (71 kq), Emil Mövsumzadə (75 kq), Ehtiram Rzayev (81 kq),Bəhram Rəcəbzadə(94 kq) çəki dərəcəsində olan təcrübəli idmançılar AKF-nin peşəkarlar üzrə baş məşqçisi Elşən Abdulrəhimovun hazırlığı ilə öz güclərini sınayacaqlar.


Xəbəri paylaş

7458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___