Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çoban nəslində böyüyən Zaur: "Nazir,məmur, prezident günahkar deyil..."
Tarix: 22-07-2016 | Saat: 17:13
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Çoban nəslində böyüyən Zaur: "Nazir,məmur, prezident günahkar deyil..."

ATV-nin aparıcısı Zaur Baxşəliyev yaman əsəbiləşib.

"Xəbəraz.az " xəbər verir ki, bəzi izləyicilərinin aparıcının paylaşımlarına xoşagəlməz şərhlər yazması, onu yaltaq adlandırması onu özündən çıxarıb.

Z.Baxşəliyev onlara belə cavab verib:

"Zaurun qarnı toxdur, nə vecinə ,yaltaqlıq edir deyənlərin nəzərinə: 1. Zaur yoxluq içində yaşarkən, gözü villalarda yaşayanların hasarında olmadı. Zaur imkansız yaşarkən ölkə başçısına üsyan etmədi, özünə üsyan etdi. Çünki, hər şeyin insanın öz əlində olduğunu dərk etdi. Hər şeyin zəhmət bahasına əldə edildiyi tərbiyəsini aldı. Allah insanları yaradarkən, vəzifə bölgüsü ilə deyil, insan olaraq yaratdığını anladı. Yoxdursa günah səndədir. Allah tənbəlləri, zəhmət çəkməyənləri sevməz deyə düşündüm. Ağzın şirin olsun deyə halva söylə prinsipi ilə yaşamadı. Yoxumdursa nazir məmur prezident günahkardır düşüncəsi ilə tərbiyə almadı. Ailəsində zəhmətə alışdırdılar, yoxundursa demək rəhbər günahkardır tərbiyəsinə.

İstər yoxluqda yaşayarkən, istər indiki vaxtımda əmin olun ki, nə bir məmurdan, nə dövlətdən, heç nə ummadım. Heç bu haqda düşünməyə vaxtım olmadı, çünki yaşamaq, irəli getmək üçün əziyyət çəkməli olduğumu düşündüm. Nə nazir əmim var, nə də varlı nəslim. Çoban nəsli, müəllim ailəsində böyüdüm, amma aldığım tərbiyədə böyüyünə qarşı çıx sözünü eşitmədim. Atam bir gün gətirdi, bir gün gətirmədi. Amma anam heç vaxt qazanımızı onsuz açmadı. Biz belə gördük bir çoxlarınız kimi. Odur ki əlini açıb Allahdan istəmək və zəhmət çəkmək lazımdır, onu, bunu müzakirəyə qalxmaq vaxt itkisindən başqa bir şey deyildir. Əmin olun! Bu illər ərzində mənə verilən efirdən istifadə edib yüzlərlə insanın probleminin həllinə yönəltdim proqramlarımı , bəs sən nə etdin? Çünki yoxluğun nə demək olduğunu anladım. Mövqeyindən istifadə edib yararlı olmağı dərk etdim, bəs sən, ey Zaura yaltaq deyən insan, sən nə etdin? Kim etmirsə, o, Allaha cavab verəcək sonunda. Nə sənə, nə mənə deyil. Amma edənləri də usandırmayın, bezdirməyin. Yaltaqlıq edib nə əldə etmişəm, mənə heç kim gətirib cibimə pul basmayıb.

Zəhmətimin hesabına qazanmışam bu hörmət, çünki dövlətimdə sabitlik var. Milyonçu olmaq istəməmişəm bəzi cibi boş, başı yuxarılarda olan maymaqlar kimi. 3 dəfə ailəmiz hər şeyi sıfırdan başlayıb. Atam qaçqınlıqda belə dövlətdən gələn payı almadı, zəhmət çəkdi, qoy qazanma imkanı olmayanlar alsın dedi. Özü qazandı, atalar demişkən, yatan öküz olmadım, çünki oyaq öküzün nə etdiyini dərk etdim".

Çoban nəslində böyüyən Zaur: "Nazir,məmur, prezident günahkar deyil..."


Xəbəri paylaş

1 5878 dəfə oxunub.

Digər xəbərlər
22-01-2017, 19:04 Sabun ömrü qısaldır

bütün xəbərlər
____ Instagram ___