Bu sözlərin mənasını bilirsinizmi? - Professor
Tarix: 21-07-2016 | Saat: 13:50
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Azərbaycan dilində vaxtilə işlənən, lakin sonradan unudulan sözlər müəyyən ediləcək.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib. Azərbaycan dilinin etimoloji lüğətinin hazırlanmasının nəzərdə tutulduğunu deyən M.Nağısoylu hesab edir ki, qədim türk sözləri lüğəti hazırlanmalıdır.
M.Nağısoylu bildirib ki, unudulmuş sözlər daha çox “Kitabi-Dədə Qorqud” yazılı abidəsində, orta əsrlərə aid olan əsərlərdə - İ.Nəsiminin, M.Füzulinin dilindədir: “Azərbaycan, türk mənbəli mətnlərdə Dədə Qorquddan üzü bəri işlənən, lakin müasir ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan sözlərin lüğətini hazırlamaq lazımdır. Həmin əsərlərdə unudulmuş, lakin çox mənalı sözlər var. "Kitabi-Dədə Qorqud"un özündə nə qədər sözlər var. Orta əsrlərə aid xalq danışıq dilində yazılan əsərlərdən olan “Yusif və Züleyxa”, “Vərqa və Gülşa” və digər tərcümə abidələrində çoxlu unudulmuş gözəl sözlərimiz var. Həmin dövrlərdə tərcümə abidələri üzərində işləyənlər çalışırdılar ki, ərəb, fars dillərində olan sözlərin türk dilində olan qarşlıqlarını işlətsinlər və bununla da özlərinin tərcüməçilik məharətlərini göstərsinlər. Bu mənada, tərcümə əsərləri bizə zəngin material verir”.
M.Nağısoylu 15-16-cı əsrlərə aid tərcümə abidələrində işlənən arxaik sözlər üzrə artıq müəyyən araşdırmalar apardığını da açıqlayıb.
İnstitut direktorunun sözlərinə görə, vaxtilə dilimizdə işlənən, lakin sonradan unudulan sözlərin sayını demək hələlik çətindir: “Çünki bu, araşdırmalar zamanı aydın olacaq. Hər halda onların sayı çoxdur. Bunun üçün "Dədə Qorqud"u, Nəsiminin, Füzulinin əsərlərini mütləq ayrı-ayrılıqda işləmək lazımdır”.
M.Nağısoylu deyib ki, unudulmuş sözlərin bəziləri artıq hərbi sahədə geri qaytarılır.
İnstitut direktoru unudulmuş, lakin sonradan dilimizə qaytarılmış sözlərə misal kimi “onbaşı”, “yüzbaşı”, “minbaşı”, “çavuş”u nümunə göstərib.
M.Nağısoylu hesab edir ki, başqa sahələrdə də unudulmuşsözləri qaytarmaq lazımdır: “Məsələn, “tanıq” çox gözəl sözdür, “tanıtmaq” sözündəndir. Amma biz ərəb sözünü – “şahid” işlədirik. Məsələn, “don” sözündən olan “donanmaq”, yəni “geyinmək”dir. “Utanmaq” sözünün kökü “ut”dur. “Ut” da “abır-həya” deməkdir. Çox maraqlıdır ki, "abır-həya" bizim sözümüz deyil, amma “utanmaq” milli sözümüzdür. Onun kökü olan “ut” da “abır-həya” deməkdir. Bu cür sözlərin qaytarılması çox faydalı olar”.
Xəbəri paylaş
7108 dəfə oxunub.
Digər xəbərlər

5-01-2017, 02:02
Xaçmaz sakini tüfəngin lüləsini düz tütmadı və...
20-05-2016, 15:31
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” keçirilib
15-07-2015, 18:08
Pluton planetinin ilk fotoları dünyaya çatdı (FOTO)
30-03-2017, 13:07
Həzrət Adəmdən (ə) öncə insanlar olubmu?
7-01-2018, 22:18
Orta məktəblərdə ingilis dilinin tədrisi qadağan edildi
19-03-2018, 18:15
Şəhid mayorun xanımı: “Elnur üçün məndən öncə vətən idi” - FOTOLAR
19-05-2018, 08:47
Elmar Məmmədyarov: “Fələstin-İsrail münaqişəsinin ədalətli həlli üçün ümidlər puç oldu”
25-04-2016, 13:28
Elektrik yarımstansiyasında faciə: ölən var
31-01-2021, 14:02
İtkin düşdüyü bildirilən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO
21-10-2017, 11:54
Bakının mərkəzində erməni bayraqlı maşın kimindir?