Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlin ən az yaşlı jurnalisti “Vicdanlı Qələm” – 2016 diplomu ilə mükafatlandırıldı (FOTO)
Tarix: 21-07-2016 | Saat: 13:42
Bölmə:Karusel / Təhsil / Foto-fakt / Gənclərimiz | çapa göndər

İlin ən az yaşlı jurnalisti “Vicdanlı Qələm” – 2016 diplomu ilə mükafatlandırıldı (FOTO)
Milli mətbuatın yaranmasının 141-ci il dönümü münasibəti ilə “Qafqaz Media” İctimai Birliyi 18 iyul 2016-cı il tarixində işinin peşəkarı olan jurnalistləri bir araya toplayaraq onları mükafatlandırdı. Ümumilikdə 100 işnin peşəkarı olan şəxsin mükafatlandırıldığı mərasimdə ilin ən az yaşlı jurnalisti, Əmrah Mehdiyev “Qafqaz Media” tərəfindən “Vicdanlı qələm” nominasiyası üzrə diplomilə təltif olundu.

Nəzərinizə çatdırmaq istərdik ki, Əmrah Mehdiyev 2000 – ci il təvəllüdüdür və 16 yaşının olmasına baxmyaraq, yaşından çox uğurları və mükafatları vardır.

"Xəbəraz.az " olaraq istedadlı gəncimizin uğurlarını sizlərə təqdim edirik:
(*Bütün mükafatlar təhsil və ictimai işlər üzrə təqdim edilmişdir)

3 qızıl diplom, 2 gümüş diplom, 1 bürünc medal, 5 fəxri diplom, 8 diplom, 1 fəxri fərman, 5 təşəkkürnamə, 7 sertifikat, 1 şəhadətnamə, 1 dahi Nizami Gəncəvinin Xəmsə - 2016 laureatı mükafatı və 1 ən yaxşı gənc sədr fəxri diplomlarının sahibidir. Bütün uğurlarına görə 2015 – ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Uğur mükafatı – 2015 diplomu ilə təltif olunmuş, və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncəmı ilə çapa alınmış “Azərbaycan XXI əsrə istedadlarla” ensiklopedik kitabın VIII cildinə düşmüşdür və bu münasibət ilə Azərbaycan nəşriyyatı tərəfindən “XXI əsrin ən yaxşı istedadlı gənci” fəxri diplomu ilə təltif olunmuşdur.

Əmrah Mehdiyev həmçinin sədrlikdə edir. O, hazırda “Azərbaycan Gənc Ədəbiyyatçılar Birliyi – AGƏB-in” sədri və idea müəllifidir. Bildirmək istərdik ki, Əmrah Mehdiyev X sinif şagirdidir və hazırda Bakı Slavyan Universiteti nəzdində Məktəb – Lisey Kompleksində təhsil alır.

İlin ən az yaşlı jurnalisti “Vicdanlı Qələm” – 2016 diplomu ilə mükafatlandırıldı (FOTO)
İlin ən az yaşlı jurnalisti “Vicdanlı Qələm” – 2016 diplomu ilə mükafatlandırıldı (FOTO)
İlin ən az yaşlı jurnalisti “Vicdanlı Qələm” – 2016 diplomu ilə mükafatlandırıldı (FOTO)
İlin ən az yaşlı jurnalisti “Vicdanlı Qələm” – 2016 diplomu ilə mükafatlandırıldı (FOTO)


Xəbəri paylaş

2 0668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___