Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Abdulatipov Bakının hesabına qazanmaq istəyir
Tarix: 15-03-2015 | Saat: 12:06
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Abdulatipov Bakının hesabına qazanmaq istəyir
Ramazan Abdullatipov Dağıstan Təhlükəsizlik Şurasının iclasını keçirərək, icraedici hakimiyyət orqanları arasında qarşılıqlı əlaqələr, həmçinin qonşu ölkələr və regionların şəhərləri, rayonlarının yerli idarəetmə orqanları arasında əlaqələrin gücləndirilməsi məsələsini müzakirə edib.
Xeberaz.az Dağıstan mətbuatına istinadən xəbər verir ki, Abdullatipov Dağıstan iqtisadiyyatının gələcəyi baxımından beynəlxalq əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb: “Bu gün xarici iqtisadi münasibətlərin inkişafı istiqamətində iş çox ləng aparılır. Bu səviyyə heç nəyə yaramır. Xəzərdə işi aktivləşdirməliyik və Rusiya Xarici İşlər Nazirliyinin Mahaçqaladakı nümayəndəliyi bu prosesi koordinasiya etməlidir”. Ramazan Abdullatipov həmçinin Dağıstan hökumətinin və Xalq Məclisinin rəhbərliyinin xarici iqtisadi münasibətləri yoluna qoymaq üçün Xəzəryanı ölkələrə səfərlərinin hazırlanması ilə bağlı tapşırıqlar verib. Bundan əlavə prezident Dağıstan hökumətinə, İnvestisiya və Ticarət, Sənaye Nazirliyi eləcə də Milli Siyasət Nazirliyinə Azərbaycan, Qazaxıstan və İranla iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı göstərişlərini də deyib: “Biz gərək öz respublikamızın gəlirlərini artıraq. Bunlar ənənəvi Rusiya təsirlərinin olduğu regionlardır”.


Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___