Balakəndə xüsusi əməliyyat keçirilib, polis müqavimət göstərənlərə silah tətbiq edib
Tarix: 18-07-2016 | Saat: 13:32
Bölmə:Karusel / Hadisə | çapa göndər
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.
Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, o, idarə etdiyi “Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan 1 dəfə atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.
K.Məmmədov tutulub və idarə etdiyi avtomobilə baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.
Xəbəri paylaş
9028 dəfə oxunub.
Digər xəbərlər

30-04-2021, 01:00
İtkin düşən zabitimizin şəhid xəbəri gəldi
21-08-2017, 11:16
Dünya çempionunu yumruqla öldürən azərbaycanlının axtarışına xüsusi komanda cəlb edildi
10-07-2015, 11:12
Meymun balasından meymunluq - VİDEO
19-04-2019, 11:57
“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var
6-03-2022, 10:09
Kiyevdə çəkilən bu foto dünyanın gündəmi oldu - FOTO
26-11-2015, 12:34
MTN-nin 19 yüksək vəzifəli əməkdaşı həbs edilib - SİYAHI
7-09-2015, 16:20
Xaçmazda 25 yaşlı qadın itib - FOTO
13-05-2021, 18:21
İtkin erməni polkovnik-leytenantın müharibədə məhv edildiyi məlum olub
24-05-2017, 09:52
Bədnəzər həqiqətən varmı?