Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəmkirdə RÜSVAYÇILIQ! atasını söyən 61 yaşlı "HƏCİ XANIMI" ÖLDÜRDÜ
Tarix: 17-07-2016 | Saat: 14:37
Bölmə:Karusel / Hadisə | çapa göndər

Şəmkirdə RÜSVAYÇILIQ! atasını söyən 61 yaşlı "HƏCİ XANIMI" ÖLDÜRDÜ

Kürdəmir rayon sakini, 1990-cı il təvəllüdlü Şaiq İsrəfilov həmyerlisi, 61 yaşlı Sahibə Hacalıyevanı öldürüb.

Hadisə 2015-ci ildə baş verib. Şaiq İsrəfilovun atası Şahin ilə Sahibə Hacalıyevanın arasında mübahisələr olub. Onların arasında olan mübahisə sonradan düşmənçiliyə çevrilib. Sahibə harda oldu həm Şaiqi, həm də onun atası Şahini təhqir edirmiş.

Qeyd edək ki, Sahibə Hacalıyeva ilə Şahin İsrəfilovun biznesi bir yerdə olub. Onların işlərinin şərikli olması ilə yanaşı, isti münasibətləri də olub. Amma sonradan onların mübahisələri yaranıb. Bundan sonra Şahin öz payını götürərək, ayrıca biznes fəaliyyətinə başlayıb. Belədə onların mübahisəsi daha da qızışıb. Nəhayət, onların mübahisəsi daha dəhşətli hadisələrin baş verməsi ilə nəticələnib...

Şaiq İsrəfilov 2015-ci il mayın 19-da Sahibə Hacalıyeva ilə rastlaşib. Bu zaman Sahibə Şaiqə atasına ona yetərincə diqqət göstərmədiyini deyib. Onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Sahibə Şaiqin atasının ünvanına nalayiq ifadələr işlədib. Sahibə daha sonra Şaiqin şəxsiyyətini alçaldıb və ona özünə məxsus yanacaqdoldurma məntəqəsində bağbanlıq işi təklif edib. Şaiq 61 yaşlı qadının bu hərəkətlərindən hiddətlənib. Sahibənin dəfələrlə onun şəxsiyyətinə toxunan sözlər işlədib ona atmacalar atmaqla lağa qoyduğu üçün kinli münasibət bəsləyib. Bu səbəbdən Şaiq Sahibə Hacalıyevanı öldürmək qərarına gəlib.

Şaiq niyyətini həyata keçirmək üçün mayın 26-da, saat 00.30-da sərxoş vəziyyətdə Sahibə Hacalıyevanın yaşadığı Kürdəmir şəhəri, H.Əliyev prospekti, 19 ünvanda yerləşən evin yaxınlığına gəlib. Orada Sahibə Hacalıyevanın mobil telefonuna zəng vurub və yanına çağırıb.

Sahibə Hacalıyeva bu zaman yenidən Şaiqin və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. Əsəblərini cilovlaya bilməyən Şaiq özündə olan bıçaqla Sahibə Hacalıyevaya çoxsaylı zərbələr vurub. Qadın aldığı zərbələrdən hadisə yerində ölüb.

Qətlə yetirilən Sahibə Hacalıyeva Kürdəmirdə, eləcə də bölgədə tanınmış biznesmenlərdən olub. Hacı Sahibə adı ilə tanınan iş adamı şəxsi yanacaqdoldurma məntəqəsinə və xeyli digər obyektlərə sahiblik edirmiş. Kürdəmirdə “zapravka Sahibə” adı ilə tanınıb. Sonradan həcc ziyarətində olduğu üçün ona Hacı Sahibə adı ilə müraciət olunub. Onun həyat yoldaşı Sədi Hacalıyev bir neçə il əvvəl vəfat edib.

Qeyd edək ki, qətli törədən Şaiq İsrəfilovun atası Şahin İsrəfilov da rayonda tanınmış iş adamı olub və ona məxsus restoranların olduğu bildirilir.

16 il 6 ay cəza
Şaiq İsrəfilov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şaiq İsrəfilov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şaiq İsrəfilovun vəkili cəzanın yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. Həmçinin Baş Prokurorluq təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti ünvanlayıb. Zərərçəkmiş tərəf də cəzanın ağırlaşdırılmasını tələb edib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Zərərçəkmiş: “Cinayəti sifarişlə törədib”
Zərərçəkmiş şəxsin hüquqi varisi Həsən Hacızadə apelyasiya şikayətində göstərib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilməlidir və Şaiq İsrəfilova daha ağır cəza təyin olunmalıdır.

Həsən Hacızadə qeyd edib ki, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayıb: “Şaiq İsrəfilov belə bir cinayətə əl atarkən onun məqsədi tamah olub. Həmçinin hesab edirəm ki, Şaiq İsrəfilov həmin cinayəti sifarişlə törədib. Anam Sahibə Hacalıyeva uzun müddət Kürdəmir şəhərində yerləşən yanacaqdoldurma məntəqəsinin sahibi olub və rayonda xeyriyyəçilik işləri ilə məşğul olub. Lakin ibtidai istintaq orqanı və məhkəmə bu halları nəzərə almayıb. İbtidai istintaq orqanı kimi birinci instansiya məhkəməsi də tam, hərtərəfli və obyektiv araşdırma aparmayıb. Buna görə də həm ibtidai istintaq orqanı, həm də məhkəmə tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyib”.

Mərhumun oğlu daha sonra qeyd edib ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayıb: “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməyib. Məhkəmənin hansı mötəbər sübutlar əsasında hökmə göstərilmiş faktiki halları müəyyən etdiyi mənə məlum olmayıb. Bunun üçün məhkəmənin əsaslandığı sübutların qanunda göstərilən sübut növlərinə aid olub-olmadığını müəyyən etmək mümkün deyil. Məhkəmə öz hökmündə sübutların məcmusundan bəhs etsə də, sübutların məcmusuna hansı sübut növlərinin daxil olduğundan bəhs etməyib. Məhkəmə tərəfindən cinayət qanununun norması düzgün tətbiq edilməyib. Həmçinin məhkəmə tərəfindən Şaiq İsrəfilova cəza təyin edərkən onun təhlükəli cinayətkar olması göstərilməyib. Onun gələcəkdə belə hadisələri təkrar edəcəyinə diqqət yetirilməyib. Ona maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin etməklə cəmiyyət üçün təhlükəli olan cinayətkarın yenidən cəmiyyətə qayıtması və yenidən belə bir cinayətin törədilməsinə şərait yaradıb”.

Vəkil: “Cəza çox ağırdır”
Şaiq İsrəfilovun vəkili Əbdülhəsən Əzimov bildirib ki, məhkəmə Şaiq İrəfilova cəza təyin edərkən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib: “Məhkəmə bununla yanaşı Şaiq İsrəfilovun əməlindən peşiman olmasını, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun səhhətində psixi problemlərin olmasını, əvvəllər ruhi xəstəliyinə görə stasionar müalicə almasını nəzərə almayıb. Məhkəmə həm cəzanı yüngülləşdirən hesab etdiyi halları, həm də yuxarıda göstərilən halları, eyni zamanda təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almayıb. Hüquqlarını müdafiə etdiyim Şaiq İsrəfilova ağır cəza təyin edib. Hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim şəxs barəsində elan edilmiş hökm dəyişdirilməli, təyin edilmiş cəza yüngülləşdirilməlidir. Təyin edilmiş cəza cinayətin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun gəlməyərək çox ağırdır”.

Prokuror: “Cəza ağırlaşdırılmalıdır”
Prokuror Ədalət Əzimovun sözlərinə görə, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi çıxış edərək təqsirləndirilən şəxs Şaiq İsrəfilovun 20 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif edib: “Lakin məhkəmə iş üzrə gəldiyi nəticələri və təklifləri nəzərə almayıb, Şaiq İsrəfilova təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrinin sanksiyası üzrə aşağı həddə cəza təyin edib. İş materiallarından görünür ki, Şaiq İsrəfilov planlı şəkildə, üzərində əvvəlcədən bıçaq götürməklə Sahibə Hacalıyevanın evinin qarşısına gedib, onun evə gəlməsini gözləyib. Sahibə Hacalıyeva evə gəldikdən sonra əvvəldən düşünülmüş plan əsasında hərəkət edərək onu xüsusi amansızlıqla öldürüb. Şaiq İsrəfilov cinayəti törədən zaman müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib. Məhkəmə əsassız olaraq Şaiq İsrəfilova təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edib”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorluğun etirazı qismən təmin edilib və Şaiq İsrəfilovun cəzası 17 il 6 aya qədər artırılıb. Məhkəmə Şaiq İsrəfilovun şikayətini təmin etməyib.


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___