Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda DƏHŞƏT! Avtobus aşdı, 20-dən çox insan yaralandı- FOTOLAR
Tarix: 17-07-2016 | Saat: 14:31
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda DƏHŞƏT! Avtobus aşdı, 20-dən çox insan yaralandı- FOTOLAR

Bu gün Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib."Xəbəraz.az " -ın məlumatına görə, prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.

İlkin məlumata görə, qəzada 10 nəfərdən artıq şəxs yaralanıb, ölən yoxdur.

Yaralılar Sabunçu xəstəxanasına aparılıb.

Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından"Xəbəraz.az " -a bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.

Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır.

Qeyd edək ki, qəzada yaralanmış 21 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bakıda 20 nəfərdən çox insanın yaralandığı dəhşətli avtobus qəzasının baş verdiyi yerdən çəkilmiş fotoları təqdim edirik.

Bakıda DƏHŞƏT! Avtobus aşdı, 20-dən çox insan yaralandı- FOTOLAR

Bakıda DƏHŞƏT! Avtobus aşdı, 20-dən çox insan yaralandı- FOTOLAR

Bakıda DƏHŞƏT! Avtobus aşdı, 20-dən çox insan yaralandı- FOTOLAR

Bakıda DƏHŞƏT! Avtobus aşdı, 20-dən çox insan yaralandı- FOTOLAR


Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___