Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Cibini, qarnını üstün tutan, şərəfsizləri..."- aparıcı Zaur
Tarix: 16-07-2016 | Saat: 14:31
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Cibini, qarnını üstün tutan, şərəfsizləri..."- aparıcı Zaur

"TRT kanalında basqı altında soyuqqanlılığını qoruyaraq məcburi mətn oxutdurulan həmkarına görə üzüldüm".

Aparıcı Zaur Baxşəliyev ötən gecə Türkiyədə baş verən hadisələrə münasibət bildirib.

"Xəbəraz.az "xəbər verir ki, aparıcı Türkiyədə baş verən hadisəyə görə üzüldüyünü dilə gətirib. Z.Baxşəliyev bu cür hadisələrin Azərbaycanda baş vermədiyi üçün prezident İlham Əliyevə minnətdarlıq hissini ifadə edib:

"Mənim qüdrətli, ağıllı, müdrik, uzaqgörən Prezidentim, nə yaxşı ki varsan. Nə yaxşı ki bizimləsən, yüz illərin müstəqilliyini qazanmış Türkiyənin yaşadıqlarını dünən hamımız gördük. Özümüzə yönələn silahları xatırladım, evlərimizə soxulan, vicdanını yemiş bizimkiləri xatırladım. Cibini, qarnını, şəxsi mənafeyini, bu millətin rifahından üstün tutan şərəfsizləri xatırladım. Ulu öndər Heydər Əliyevin xalqa çağırışını, milləti bir araya yığıb birliyin nə olduğunu, xalqın hökumətin təməli olduğu prinsipini, zaman-zaman beyinsizlərin beyninə soxmasının şahidi olduq. Xırda olmasına rəğmən dünya siyasətində özünə yerlə mövqe tutan bir dövlət quruluşunun şahidi olduq. Bu tarixi canlı yaşadıq, gördük, dinlədik. Dünən qardaş Türkiyədə yaşananlar bizə yad deyildi. Təəssüf edirik ki, güllə atan da türk, ölən də. Sadəcə idarə edən kim? Xalqın iradəsini kimsə qıra bilməz. Kimsə kresloya sahib ola bilər, amma millətə sahib olmaq üçün millətin inamını qazanmaq, sevgisinə layiq olmaq lazımdır. Dəyərli Prezidentim, böyük bir dövlətin içində baş verənləri, səhlənkarlığı, boşluqları, siyasi çaxnaşmaları görəndən sonra dövlətimizdə məmləkətimizdə yaratdığın bu sakitliyi, sabitliyi, rahatlığı, inamı, güvəni yaratdığınız üçün sizə sonsuz minnətdarıq. Türkiyədə yaşananlara görə dünən çox üzüldüm. Milli məclisə və bir çox yerlərə atılan bombalardan, canlı hücumlardan çox üzüldüm. Ölənlərə və öldürənlərə görə çox üzüldüm. TRT kanalında basqı altında soyuqqanlılığını qoruyaraq məcburi mətn oxutdurulan həmkarına görə üzüldüm. Hətta ağladım. Ölənin də öldürənin də türk olmasına üzüldüm. Səhər oyandım , hər şeyin bir gecə kabusu olmasını dilədim. Səhər açılınca bir uşaq səsi məni yuxudan oyatdı. Həyətdə qaçırdı, o tərəf bu tərəf. Qayğısız bir uşağın gülüş qəhqəhə səsi içimi tərpətdi. Bu içdən gələn gülüşlərə görə var ol Prezidentim”.


Xəbəri paylaş

1 1308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___