Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda səfirliyin təhlükəsizliyi gücləndirildi
Tarix: 15-07-2016 | Saat: 19:06
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda səfirliyin təhlükəsizliyi gücləndirildi

Fransanın Bakıdakı səfirliyinin qaşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

Musavat.com-un məlumatına Fransanın Nitsa şəhərində terror hadisəsi baş verdikdən sonra, ölkənin Bakıda yerləşən səfirliyinin qarşısında mühafizəçilərin sayı artırılıb. Eyni zamanda səfirliyin qarşısından asılan Fransanın bayrağına qara lent bağlanılıb. Onu da qeyd edək ki, terror hadisəsi ilə bağlı bu dəfə səfirliyin qarşısına hər hansı gül dəstələri qoyulmayıb.

Xatırldaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamın olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan, ziqzaqvari hərəkətlərlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.

Fransada hadisə ilə əlaqədar 3 günlük matəm elan olunub.


Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___