Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan təhsil nazirinin keçmiş müavini vəfat etdi
Tarix: 14-07-2016 | Saat: 11:26
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycan təhsil nazirinin keçmiş müavini vəfat etdi

Azərbaycan təhsil nazirinin keçmiş müavini, pedaqoq, şair, ictimai xadim Ənvər Nəzərli 90 yaşında vəfat edib

Report xəbər verir ki, Ə.Nəzərli doğulduğu Şamaxı rayonunda dəfn olunub.

Qeyd edək ki, Ənvər Əşrəf oğlu Nəzərli 1926-cı il yanvar ayının 13-də Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Ağsu rayonunun Gədəli kəndində, Bakının Kürdəxanı və Maştağa qəsəbələrində müəllim, Azərbaycan Komminist Partiyası Mərkəzi Komitəsində təlimatçı, Şəki Şəhər Partiya Komitəsinin ikinci katibi, Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin müavini vəzifələrində çalışıb.

Ə.Nəzərli bir sıra şeir kitablarının müəllifidir. O, “Xalqlar dostluğu” və “Şərəf” nişanı ordenləri ilə təltif edilib.


Xəbəri paylaş

5568 dəfə oxunub.

Digər xəbərlər
25-02-2018, 13:47 Sabahın havası
17-01-2017, 14:16 Yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___