Bulvarda möhtəşəm DƏYİŞİKLİK: adalara su taksisi ilə gedəcəksiniz
Tarix: 13-07-2016 | Saat: 22:09
Bölmə:Karusel / Hadisə | çapa göndər
Prezident İlham Əliyevin tapşırığı ilə Sumqayıtda dənizkənarı yeni bulvar və Sahil parkı layihəsinin uğurla icra olunması şəhərin simasını tamamilə dəyişməklə yanaşı, həm də Sumqayıtın turizm imkanlarını artırıb. Artıq yüzlərlə şəhər sakininin və turistlərin hər gün ən çox üz tutduğu yer yeni bulvardır.
"Xəbəraz.az "-ın məlumatına görə, şəhərin yeni dənizkənarı bulvarı isti yay günlərində sərin havada istirahət etmək istəyənlərin ən sevimli məkanı olub. Sahil boyunca əsrarəngizliyi, təmiz hava şəraiti, yaşıllığı ilə seçilən bulvar göz oxşayır. Qısa vaxtda burada ən müasir infrastruktur yaradılıb, müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də yeni layihələrin icrasına başlanılıb. Şəhərin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan yeni bulvarda artıq 1 kilometrlik hissə tam hazırdır. Bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosiped sürənlərin maneəsiz hərəkəti üçün sahil boyu xüsusi hərəkət zolağı salınıb. Ərazidə nadir ağac növləri və bitkilər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da inşa olunur.
Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Həmçinin bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də planlaşdırılır. Qeyd edək ki, bulvarda fəvvarə kompleksi, Bayraq Meydanı, Multikulturalizm abidəsinin də inşasına başlanılıb.
Xəbəri paylaş
7728 dəfə oxunub.
Digər xəbərlər

17-06-2016, 15:56
"And olsun bu orucluğa, ərə getmirəm"
29-04-2016, 11:50
“Bir də gəlməyəcək sənin tək qadın..
8-02-2019, 17:29
Ərzaq məhsulları, içkilər, meyvələr bahalaşıb - RƏSMİ
11-03-2021, 09:37
Gəncədə bir nəfər intihara cəhd etdi
10-12-2016, 12:05
Terakta hazırlaşan 19 PKK-çı öldürüldü
24-01-2016, 18:12
Rusiyada biznesmen uşaqlarını, arvadını və özünü güllələdi - FOTO
6-04-2016, 00:49
Azad Seyidovun əsgər şəkilləri yayıldı – FOTOLAR
16-01-2016, 10:21
İcra başçısı süni bahalaşma ilə şəxsən mübarizə aparır
8-12-2015, 12:51
BU gözel futbol üzrə dünya çempionatının siması olacaq