Bərdədə UŞAQ ÖLÜMÜNÜN səbəbi - “Ana iki dəfə intihara cəhd edib”
Tarix: 12-07-2016 | Saat: 15:17
Bölmə:Karusel / Hadisə | çapa göndər
Ötən gün Bərdənin Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb.
Bərdə rayonu Gərənə kənd sakini, hazırda Qaradəmirçi kəndində yaşayan, 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib.
Onun dünyaya gətirdiyi əkiz uşaqlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır. Doğuşu həyata keçirən Tahirə adlı həkim A.Qocayevanın valideynlərinə doğuşun qaydasında aparıldığını bildirib, uşaq ölümünü isə erkən doğuşla əlaqələndirib.
Lakin ailə uşağın ölümündə xəstəxana həkimlərini günahlandırır.
"Xəbəraz.az "-a verilən məlumatda bildirilib ki, bu, A.Qocayevanın üçüncü hamiləliyidir. O, sonuncu hamiləliyi dövründə iki dəfə intihara cəhd etməsi ilə bağlı xəstəxanaya müraciət edib: “Həmin xəstə iki dəfə bizim doğum evinin patologiya şöbəsinə intihara cəhd etdiyinə görə müraciət edib. Hər iki halda dozadan artıq dərman qəbul etdiyinə görə zəhərlənmişdi. Bildiyimiz qədəri ilə ailədəki problemlərə görə uşağını dünyaya gətirmək istəməyib. Hətta xəstəxanada müalicə alarkən də bir neçə dəfə qaçıb. Xəstəxananın baş həkimi ailə üzvlərinə, polisə bu barədə məlumat verib. Onun vəziyyətindən ailə xəbərdar idi. Bu dəfə dərman qəbul edib-etmədiyini deyə bilmərik, lakin hamiləlik vaxtı iki dəfə dərman qəbul edib zəhərlənməsi hamiləliyin vaxtından əvvəl pozulmasına səbəb ola bilər. O, iyulun 10-da gecə saatlarında dölyanı mayenin açılışı ilə müraciət edib. Həkimlər ilkin yardım göstərib, dünən günorta saatlarında doğuş baş verib”.
Şöbədən bildirdilər ki, doğuşdan sonra uşaqların vəziyyəti ağır olub: “Hamiləlik vaxtından əvvəl – 32-33-cü həftəliyində başa çatdığına görə, uşaqların ağciyəri tam açılmayıb. Uşaqların çəkisi 1 kq 300 qram, digəri 1kq 500 qram olub. Uşaqların hər ikisi küvezə yerləşdirilmişdi. Əkizlərdən oğlan dünyasını dəyişib, qızın vəziyyəti ağırdır. Ananın vəziyyəti normaldır”.
Xəbəri paylaş
6148 dəfə oxunub.
Digər xəbərlər

1-07-2022, 12:51
11 633 manat vergi borcu olan “Kür-Araz Şirkəti” 18 MILYONLUQ tenderi necə udur..? - “Kür-Araz” ilə deputat Mahir Abbaszadəni nə bağlayır..?
11-08-2018, 11:59
Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü
15-08-2022, 14:05
Dəfnə yarpağını çeynəyin - Boğaz iltihabının qarşısını alır, soyuqdəymədən qoruyur...
26-11-2022, 11:00
"Bizim ordu tək deyil, türk ordusu da var" - Prezident
15-10-2019, 23:56
Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşdü
9-05-2017, 00:59
Bıçaqlanaraq öldürülən Nigardan yeni xəbər var...
27-09-2017, 11:01
AzTV sədrinin maşını cərimə meydançasına aparılıb - 99-AA-400
1-11-2017, 19:48
Leyla Şıxlinskayaya 2 milyon manata görə cinayət işi açıldı
13-07-2023, 12:14
Tarixi qalanın damına dəmir şifer vuruldu, müzakirə yaratdı - AÇIQLAMA
14-09-2016, 11:24
Röya Ayxandan daha bir yenilik