“Qısa müddətdə milli zirehli maşınlar ordumuzun ixtiyarına veriləcək“
Tarix: 12-07-2016 | Saat: 11:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
“Tufan” milli zirehli nəqliyyat vasitəsi müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılıb
"Qısa müddət ərzində bir sıra milli zirehli maşınlar Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarına veriləcək".
Bunu müdafiə sənayesi naziri Yavər Camalov iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Nazir qeyd edib ki, müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” milli zirehli nəqliyyat vasitəsinin – 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. Milli zirehli maşının təcrübi nümunəsinin ilin sonunadək hazırlanması planlaşdırılır:
“Eyni zamanda, xarici dövlətlərlə danışıqların nəticəsi olaraq yeni “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb Bakıda keçiriləcək ADEX-2016 sərgisində nümayiş etdiriləcək və 2017-ci ildən artıq seriya ilə istehsalına başlanılacaqdır. Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrimizin ixtiyarına veriləcəkdir”.
Xəbəri paylaş
6578 dəfə oxunub.
Digər xəbərlər

2-08-2020, 22:05
Moskvada hərbçilər arasında kütləvi dava - VİDEO
10-10-2015, 12:57
Mehman Əliyev: “MTRŞ müəyyən dairənin tapşırığını yerinə yetirir”
9-08-2020, 16:16
Bu sosial platforma "TikTok"u almaq niyyətindədir
26-04-2016, 12:40
Torpağımızın daha bir hissəsini azad etmək imkanı yarandı
25-09-2017, 15:47
Noutbuk klaviaturasındakı 5 gizli funksiya - BUNLARI BİLİRDİNİZMİ?
10-06-2015, 19:21
Nazənin: "Təranə Qumralın ərimə intim mesajları..." — MÜSAHİBƏ+FOTOLAR
2-07-2016, 12:53
Bu gün Avro-2016-nın taleyi həll olunur
9-09-2017, 23:14
Sünnət etdirməyin İslamda yeri və faydaları
2-12-2016, 10:40
Əl çantasından “beşbarmaq” çıxdı