Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İş adamının oğlunun nişanında faciə: onlarla yaralı və ölənlər var
Tarix: 11-07-2016 | Saat: 15:01
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

İş adamının oğlunun nişanında faciə: onlarla yaralı və ölənlər var
Lüks otellərdən birində keçirilən nişan mərasimi faciə ilə nəticələnib.

Anspress-in məlumatına görə, hadisə Hindistanda baş verib.

İş adamı oğluna nişan mərasimi keçirmək üçün lüks otellərdən birini seçib. Qonaqların toplaşdığı zalda qəfildən asma tavan çöküb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb.


Ümumiyyətlə, toy, nişan mərasimlərində faciələr, bədbəxt, gözləniməz hadisələr tez-tez baş verir. Bu cür hadisələrin səbəbləri isə müxtəlifdir. Bəzən yerli adət-ənənələr, bəzən məsuliyyətsizlik, bəzən isə insanların yenilik axtarışı belə halların yaranmasına gətirib çıxarır.

Hindistan toylarında adətlərdən biri də havaya atəş açmaqdır. Toylardan birində isə bu ənənə faciə ilə nəticələnib. Havaya atəş açmaq istəyən ata tüfəngi qaldırmadan ehtiyatsızlıqdan atəş açaraq oğlunu başından vurub. Nəticədə gənc ölüb.

Başqa bir toyda isə bəylə gəlin qeyri-adilik olsun deyə toy zalına qayıqda düşmək istəyib. Lakin havada asılı qalan qayığın ipi qopub və o aşıb. Bəylə gəlin hündürlükdən yıxılsa da, onlar bu xoşagəlməz hadisədən ciddi xəsarət almadan qurtula biliblər.


Xəbəri paylaş

8898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___