Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəvval ayının orucu - Bir il oruc tutmuş kimi sayılmaq istəmirsən?!
Tarix: 10-07-2016 | Saat: 16:43
Bölmə:Karusel / İbadət | çapa göndər

Şəvval ayının orucu - Bir il oruc tutmuş kimi sayılmaq istəmirsən?!

Unutmayaq ki, biz əzəmətli oruc mövsümü kimi sayılan Şəvval ayını yaşayırıq.
Beləki, Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim Ramazanda oruc tutarsa, bundan sonra ona, Şəvvaldan altı günlük orucu əlavə edərsə, il boyu oruc tutmuş kimi sayılar.» (Səhih Muslim 1164).

Və bilin ki, Şəvval ayından 6 gün oruc tutmaq, Ramazan orucunun qəbuluna işarə edən bir əlamətdir. Çünki yaxşı əməlin faydası, özündən sonra digər yaxşı əmələ açdığı qapıdır.

Alimlər qeyd etmişlər ki, birə on qat əcr verilməklə Ramazan ayının orucunun on aya, altı gün şəvval orucu da iki aya bərabərdir. Belə ki, ramazanın 30 günlük orucu ilə şəvval ayında tutulan 6 günün orucu 36 günlük oruca bərabərdir. Bunu 10 mislinə vuranda 360 günün orucunu alırıq. Beləcə bütün il oruclu keçirilmiş kimi sayılır, çünki Uca Allah buyurur: "Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər" (əl-Ənam, 160).

Şəvval ayında tutulan bu altı günlük oruc ard-arda və ya ara verilərək tutula bilər.
Əgər kiminsə Ramazan ayından oruc qəzası qalıbsa ilk öncə Ramazan ayında tuta bilmədiyi oruclarının qəzasını tutmalıdır daha sonra isə Şəvval ayında olan 6 günün orucunu tuta bilər.


Xəbəri paylaş

8898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___