Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-ə qoşulmaq üçün polkovnikə 2 min dollar rüşvət
Tarix: 08-07-2016 | Saat: 21:31
Bölmə:Karusel / Hadisə | çapa göndər

İŞİD-ə qoşulmaq üçün polkovnikə 2 min dollar rüşvət

Özbəkistanın Margilan şəhər məhkəməsi Daxili İşlər Nazirliyinin Fərqanə vilayəti üzrə idarə rəisi Odiljon Soliyevi 6 il müddətinə azadlıqdan məhrum edib
"Xəbəraz.az "“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, polkovnik-leytenant respublikadan gedənlərin sənədlərinin rəsmiləşdirilməsi üçün rüşvət almaqda təqsirli bilinib.

Ölkəni tərk edənlərin çoxunun sonradan Suriyada terror qruplaşmalarının tərkibinə daxil olduğu bildirilir. Məlumata görə, müqəssir hər ay 200-ə qədər bu cür sənədlərin rəsmiləşdirilməsi üçün 2 min dollara qədər rüşvət alırmış.

Məhkəmənin nümayəndəsi bildirib ki, hazırda məhkəmə instansiyalarına Fərqanə vilayətinin altı rayonunun pasport masalarının rəhbərliyi barəsində cinayət işləri çatdırılıb. Onlar da məhz Özbəkistandan getmək hüququnun rəsmiləşdirilməsi üçün rüşvət almaqda ittiham olunur.

2015-ci ilin noyabrında yerli KİV bildirib ki, Margilan şəhərinin sakini Abducabbor Toşboltayev Suriyaya göndərilməsi üçün həmyerlilərini toplayır. O, rüşvətin köməyi ilə sənədləri rəsmiləşdirərək Fərqanə vilayətində yaşayan 20 qohumunun Özbəkistandan getməsini təşkil edib.


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___