"Facebook" hesablarını ələ keçirən zərərli proqram aşkarlandı
Tarix: 08-07-2016 | Saat: 21:17
Bölmə:Karusel / Hadisə | çapa göndər
"Facebook" sosial şəbəkəsində "spam"ın köməkliyi ilə yayılan zərərverici proqram qısa müddət ərzində sosial şəbəkədə minlərlə istifadəçinin hesabını ələ keçirib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, hakerlər ələ keçirdikləri profil şifrələrini "like alveri" üçün istifadə ediblər.
Hücum 24 iyun tarixindən başlanıb. Baxmayaraq ki, "troyan" "Google Chrome" və "Windows" istifadəçiləri üçün təhlükə yaradır. Bir neçə saat ərzində 10 mindən çox istifadəçi bu hücumun qurbanı olub. Hücumun ssenarisi 2 mərhələyə bölünür. Birinci mərhələ istifadəçinin haker tərəfindən "Facebook" vasitəsilə göndərdiyi məktubu alması və oradakı linki klikləməsi ilə başlanır. Məktubda istifadəçinin adının şərhlərin birində qeyd edildiyi bildirilir. Göndərilən məktub elə görünür ki, guya onu dostluğunuzda olan biri göndərib.
Yükləndikdən sonra ikinci mərhələ işə düşür: "troyan" gizlicə şifrələri oğurlayan "Google Chrome" əlavəsini yükləyir və quraşdırır. "Google Chrome" əlavəsi istifadəçini bir də "Facebook"a daxil olmasını gözləyir və onu yenidən giriş etmək üçün məcbur edir. Daxil edilmiş istifadəçi adı və şifrəsi hakerlərə məxsus serverlərə göndərilir. Şifrə və logini əldə etdikdən sonra hakerlər "Facebook"da istifadəçinin adından fəaliyyət göstərə bilərlər. Əksər zərərçəkmişlər Braziliya, Peru, Ekvador və Venesueladan qeydə alınıb.
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər

22-03-2016, 19:40
DOSTUM OLA BİLƏRSƏNMİ
16-07-2017, 18:15
Bürclərin evlilik həyatı haqqında maraqlı fikirlər
10-12-2018, 21:42
“Uşaqlar oynamaq üçün otağa giriblər və partlayış olub” - Masallıdakı dəhşətli hadisənin TƏFƏRRÜATI
28-04-2015, 14:35
“İnanmıram ki, yenidən birlikdə çalışa bilək" - VİDEO
19-01-2019, 14:40
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
8-09-2019, 09:53
Gimnastımız qızıl medal qazandı
22-04-2017, 12:56
Koreyanı birləşdirmək üçün savaşa başlayırıq – Şok hədə
4-05-2023, 10:18
NASA-nın yaydığı görüntülər hamını şoka saldı: Günəşdən qat-qat böyük dəliklər... - VİDEO
16-03-2023, 11:40
Fatimə qəza keçirən köməkçisindən danışdı: "Vəziyyəti yaxşı deyil"