Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ailədə ünsiyyət probleminiz var? - ÇIXIŞ YOLLARI
Tarix: 07-07-2016 | Saat: 04:41
Bölmə:Karusel / Qadınlar / Maraqlı | çapa göndər

Ailədə ünsiyyət probleminiz var? - ÇIXIŞ YOLLARI

Əgər sizin də həyat yoldaşınız evə gələndə danışmamağa üstünlük verirsə və ya sizin verdiyiniz suallara başı ilə cavab verirsə, deməli, siz də bu problemi yaşayanlardansınız.

Bəzi xanımlar danışmağı sevmədikləri üçün həyat yoldaşlarının bu "münasibəti” onları çox da narahat etmir. Ancaq həyat yoldaşı ilə danışmaq ehtiyacı hiss edən xanımlar üçün bu, çox ciddi bir problemə çevrilir. Xarakter etibarı ilə ünsiyyətə meyilli olan xanımlarda isə bu problem özünü daha kəskin şəkildə büruzə verir.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu problem təkcə xanımların problemi deyil. Bəzən bəylər də həyat yoldaşları danışmadıqları üçün şikayət edirlər. Təbii ki, bu, ilk növbədə, ailədə tərəflərin təcrid olunmasına gətirib çıxarır. Bu isə evlilikdə ciddi "çatların” meydana gəlməsi ilə nəticələnir.

Çıxış yolları

Hər şeydən əvvəl, problemi tez-tez gündəliyə gətirməməlisiniz. "Heç mənimlə danışmırsan”, "Mənimlə yad kimi hərəkət edirsən” və s. kimi cümlələrlə problemin həllini çətinləşdirməməlisiniz. Digər tərəfdən, bir problemi tez-tez gündəliyə gətirməklə o problemi adiləşdirdiyinizi unutmamalısınız. Çünki bu üsulla həyat yoldaşınızı yola gətirə bilməyəcək, əksinə, onda "özünümüdafiə instinkti” formalaşdıracaqsınız. Ona görə də həyat yoldaşınızı ittiham etmək əvəzinə, öz ehtiyaclarınızdan danışın. Məsələn, "mənimlə niyə danışmırsan” əvəzinə, "mənim ünsiyyətə ehtiyacım var” deyin.

Əgər problem həyat yoldaşınızın xarakteri ilə bağlıdırsa (üstəlik, bütün səylərinə baxmayaraq, problemin qarşısını ala bilmirsə), başqa alternativlər axtarmalısınız. Yox, əgər həyat yoldaşınız sizinlə və ya evliliyinizlə bağlı bir səbəblə danışmırsa, onda səbəbləri bir yerdə araşdırmalısınız. Digər tərəfdən, əgər problem siz düşündüyünüzdən də dərindirsə, bir ailə psixoloquna müraciət edə bilərsiniz.

İnsan sosial varlıqdır və o bir fərd kimi cəmiyyətdə sosiallaşaraq şəxsiyyətə çevrilir. Sosiallaşma prosesi əsasən ünsiyyət vaistəsi ilə həyata keçirilir. Bəzən ünsiyyət qurmaqdan çəkinirik və mümkün qədər insanlardan uzaq olmağa çalışırıq. Ünsiyyət problemi insanın fiziki sağlamlığına mənfi təsir etməsə də mənəvi cəhətdən bizə zərər yetirə bilir. Ünsiyyət problemi insanların şəxsi həyatında, iş və təhsil, həmçinin bir çox sahədə mənfi təsir yaradır, uğur qazanmağa imkan vermir. Ünsiyyət problemi bir çox səbəblərdən yarana bilər. Bu səbəbləri bilmək üçün özümüzü süzgəcdən keçirməli buna nə kimi amillərin səbəb olduğunu aydınlaşdırdıqdan sonra aradan qaldıra bilərik.
Bizə ünsiyyət qurmaqda çətinlik yaradan amillər nədir və onları necə aradan qaldıra bilərik?
• Əgər sizdə utancaqlıq varsa ünsiyyət qurmağınıza bir başa təsir edən səbəbin məhz utancaqlıq ola biləcəyini unutmayın . Utancaq insanlar əsasən yeni tanışlıqda və cəmiyyət içində ünsiyyətdən çəkinir . Utancaq insanların əksəriyyəti başqalarının fikrinə çox önəm verir ona görə az danışmağa üstünlük verirlər. Bununla mübarizə aparmaq üçün özünüzü olduğunuz kimi qəbul edib, özünüzə güvəninizi artırmalısınız və başqaları ilə ünsiyyətdən çəkinməməlisiz.
• Son zamanlarda insanlarda yaranan ünsiyyət probleminə həddindən artıq istifadə olunan sosial şəbəkələr də səbəb olur. Virtual söhbətlərin daha çox olması realdakı söhbətlərə, danışıqlara maneə yaradır. İnsanlar bu vaistələrlə əlaqə saxlayır və real ünsiyyətdən çəkinir, artıq bir müddət sonra münasiblərdə soyuqluq yaranır .Beləliklə də ünsiyyətində böyük problemlər meyadana çıxır.
• Ünsiyyət problemi ilə mübarizə aparmaq yollarından biri də öz fikrini ifadə etməyə cəhd etməkdir. Əgər nəsə demək istədikdə bunun gülünc və ya yersiz görünə biləcəyindən qorxmayın. Ünsiyyət qurmaq istədiyniz anda bunu dərhal edin. İlk addımı hər zaman qarşı tərəfdən gözləməyin, çalışın ilk addımı atan siz də olasınız. Bu ünsiyyət zamanı sizin daha sərbəst olmağınıza yardım edəcəkdir.
• Ünsiyyət qurduğunuz insandan çəkinirsinizsə əvvəlcə özünüzü sakitləşdirməyə, düşünərək danışmağa fikir verin əks halda bu sizi pis vəziyyətdə qoya bilər. Bundan başqa emosiyaları cilovlaya, idarə edə bilməmədə ünsiyyətinizdə problem yarada bilər. Sizə adi gələn söz , mimika, jest başqalarına xoş gəlməyə bilər . Xüsusəndə həssas, özünə qapanıq insanlarla ünsiyyətdə olarkən ehtiyyatlı olun.
• Söhbətə başlamaq kimi onu necə bitirməyinizdə önəmlidir. Söhbəti bitirərkən səmimi, mülayim şəkildə sağollaşmağı unutmayın. Daha sonra danışdıqlarınızı özlüyünüzdə düşünüb, təhlil edin səhv və düzlərinizi düzgün şəkildə qiymətləndirməyə çalışın ki, bir başqa ünsiyyətlərinizdə həmin səhvləri aradan qaldıra biləsiniz.


Xəbəri paylaş

1 6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___