Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün Ramazan ayının sonuncu günüdür
Tarix: 05-07-2016 | Saat: 10:17
Bölmə:Karusel / İbadət | çapa göndər


Bu gün Ramazan ayının sonuncu günüdür

5 iyul - Fitr bayramıdır
Bu gecə bayram axşamı, sabah isə bayramdır.

Fitrə zəkatı Ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır və həmin məbləğ bu gün günəş batana kimi ayrılmalıdır. Sabah isə fitrə zəkatını bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir.

ANS TV-nin məlumatına görə, əgər bu mümkün olmazsa, Zəkat bayram namazı qılındıqdan sonra ən qısa vaxt ərzində ödənməlidir. Fitrə zəkatının miqdarı ailədə hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. bu kimi ərzağın 3 kq-mı dəyərindədir.

Bu bayram mərhəmət və yardımlaşma günü kimi qeyd edilir.İnsanlar məscidlərə toplaşaraq mənəvi birliyə səsləyən camaat çəklində namaz qılır. Kasıb və kimsəsizlərə, ehtiyacı olanlara maddi yardım edilir.

"Fitrə zəkatı hər adam üçün təxminən 10 manat dəyərində olmalıdır".

Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir. Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, bayram namazı sabah qılınacaq. Ramazan bayramında həmçinin rəhmətə getmiş valideylərin, böyüklərin qəbrinin ziyarət edilməsi, yaşlı, xəstə insanlara baş çəkmək bəyənilən əməllərdən sayılır. Həmçinin bayramda küsülülər barışmalıdır.


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___