Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“ RAMAZANDA BİRLƏŞƏK” MUSİQİLİ, ŞOU PROQRAMLI KONSERT
Tarix: 04-07-2016 | Saat: 16:57
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“ RAMAZANDA BİRLƏŞƏK” MUSİQİLİ, ŞOU PROQRAMLI KONSERT

Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Binəqədi rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 7 iyul saat 19 : 00 – da Binəqədi rayonu Heydər Əliyev adına İstirahət Parkında fiziki gerilikdən əziyyət çəkən Ağdam Məcburi köçkünü 16 yaşlı Murad balaya dəstək üçün “ Ramazanda Birləşək” musiqili, şou proqramlı konsert proqramı təşkil edir.

Həzrəti Muhəmməd Peyğəmbərimizin (s) dediyi kimi, Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. Ramazan bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Eyni zamanda Ramazan yardımlaşma, paylaşma ayıdır. Bu məqsədlə də Ramazan ayında hamını bir olmağa dəvət edirik. Biz də Dəcəl Balam Ailə və Uşaq Mərkəzi olaraq düşündük ki, ətrafımızda olan xeyirsevər insanlarla birlikdə bu müqəddəs ayın sevincini paylaşaq. Paylaşaq ki, bu sevincdən ehtiyacı olan Murad balaya da pay düşsün.

Murad hazırda 16 yaşındadır. Amma ilk görünüşdən 9 yaşda uşaq kimi görünür. Nanizm xəstəliyindən əziyyət çəkən Muradın hələki inkişaf şansı var. Nə qədər ki, sümükləri birləşməyib olunacaq müalicənin Murada xeyri olacaq. Lakin müalicə üçün hər 4 günə bir iynə tələb olunur ki, onun da qiyməti minimum 260 AZN –dir. Sanatoriyada məskunlaşan bir məcburi köçkün ailəsinin bu müalicəni etdirməyə imkanı çatmır. Murad isə artıq böyümək istəyir. Məktəb yoldaşları ona uşaq kimi davrandıqlarına görə məktəbə belə gedə bilməyib.

Müalicə olunmazsa Murad 16 yaşında ikən qocalmağa başlayacaq.

Hər birinizi Murada dəstək üçün 7 iyul saat 19 : 00 – da Binəqədi rayonu Heydər Əliyev adına İstirahət Parkında keçiriləcək “ Ramazanda Birləşək” musiqili, şou proqramlı konsert proqramına dəvət edirik. Həm Muradla canlı tanış olarsınız, həm açıq havada konsert proqramını izləyərsiniz və də dəstəyinizi əsirgəmərsiniz.


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
30-01-2018, 09:30 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___