Xaçmazın meşə qatilinə - Ömürlük həbs
Tarix: 04-07-2016 | Saat: 16:42
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Xəbəraz.az " -ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Radik Məmmədov ömürlük, N. Zəkərayev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçəni il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər. Radik Məmmədovun bir neçə oğurluq, quldurluq, qəsdən sağlamlığa ağır zərbə vurma kimi ayrı cinayət əməlləri də ortaya çıxıb.
Xəbəri paylaş
6398 dəfə oxunub.
Digər xəbərlər

11-06-2019, 14:46
Bakıda yanğın: bir yaşlı körpə öldü
15-02-2017, 19:33
Trampdan ŞOK SÖZLƏR: “Obama Rusiya ilə yumşaq davranıb”
15-09-2016, 13:39
Azərbaycanlı kikboksçu alman həmkarıyla döyüşəcək.
22-04-2021, 11:07
Koronavirus xəstələrindən rüşvət alan klinika direktoru HƏBS EDİLDİ
22-08-2015, 15:07
Polis oğlanı öldürdü, insanlar ayağa qalxdı - FOTO
1-11-2022, 10:47
Həkimin intihardan əvvəlki məktubu üzə çıxdı - Günahkar kimdir?
2-02-2016, 14:34
“Bakcell” abunəçilərinin balansını ikiqat artırır
25-03-2016, 20:06
Aşıq Samirə məşhur biznesmenlə ailə qurur
9-05-2017, 11:15
Keçmiş əri "Survivor" iştirakçısının çılpaq FOTOlarını yaydı - VİDEO