5 güləşçimiz finalda
Tarix: 02-07-2016 | Saat: 21:25
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilir.
"Xəbəraz.az " xəbər verir ki, ilk yarış günündə 65, 74, 86 və 97 kq çəkidə sərbəst, 66, 75, 85 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır.
Yunan-Roma güləşi yarışlarındakı təmsilçimiz Rafiq Hüseynov (75 kq) İsveç, Çexiya və ABŞ-dan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya təmsilçisi Çingiz Labazanov olacaq.
Sərbəst güləş yarışlarında 65 kq-da mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov mübarizəyə 1/4 finaldan başlayıb və ardıcıl olaraq Almaniya və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ təmsilçisi Frank Molinaro olacaq.
86 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Belarus, Almaniya və Polşadan iki idmançı üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Olimpiya çempionumuz Şərif Şərifov isə finala qədər Almaniya, ABŞ və Qazaxstandan olan rəqiblərini üstələyib. Güləş həvəskarları bu çəkidə Azərbaycan finalını izləyəcəklər.
97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla üstələyən Xetaq yarımfinalda son dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baran ilə qarşılaşacaq.
Xəbəri paylaş
8448 dəfə oxunub.
Digər xəbərlər

10-03-2016, 19:34
İlham Əliyev Nazirlər Kabinetinə 3 ay vaxt qoydu
16-03-2016, 13:41
Bakıda telefon oğrusu müşahidə kamerasına düşdü (VİDEO)
4-05-2017, 12:09
"Xəyalım o idi ki..." - 700 bal toplayan abituriyent
31-03-2017, 13:17
Aprelin ilk gününün HAVASI
24-03-2016, 12:21
Betonqarışdıran yük maşını avtoşluq edir - VİDEO
7-05-2015, 16:59
Necati Şaşmaz yeni aldığı evi ilə gündəmə gəlib.
27-12-2022, 09:03
Cənubi Koreyada “beyin yeyən” parazitlə ilk yoluxma halı qeydə alınıb
29-07-2015, 02:53
Çində saxta “iPhone” istehsal edən fabrik bağlanıb.
12-05-2018, 13:50
Sabahın havası
20-06-2021, 15:54
Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma… - GİLEY