Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda moda günləri başladı - fotolar
Tarix: 15-03-2015 | Saat: 11:36
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Bakıda moda günləri başladı - fotolar
“Baku Fashion Nights 2015” moda günlərinə start verilib.
Xeberaz.az xeber verir ki, Axşam.az-ın məlumatına görə, gecədə əvvəlcə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, modelyer Gülnarə Xəlilova, türkiyəli modelyer Yıldırım Mayruk, model Günay Musayeva və digər tanınmışların iştirakı ilə mətbuat konfransı baş tutub.
Martın 15-dək davam edəcək moda günlərində modelyerlərin yeni kolleksiyaları nümayiş olunacaq.
F.Xələfova təqdim edəcəyi kolleksiyasında bir neçə geyimi ipək parçadan hazırladığını vurğulayıb:

"Dekor kimi güzgü parçalarından istifadə etmişəm. Libaslarda buta naxışı əks olunub".
G.Xəlilova "Dəfiləmdə 20-dən çox geyim yer alacaq. Əksəriyyəti isə toxunmadır. 2010-cu ildə Çində keçirilən moda yarışında "Ən gözəl ziyafət geyimi" nominasiyasında qalib gələn gəlinliyi də burada təqdim edəcəm" deyə, bildirib.

Yıldırım Mayruk moda günləri çərçivəsində 66 geyim təqdim edəcəklərini söyləyib.
Konfransdan sonra “Baku Fashion Nights 2015”in açılışı olub. İlk olaraq F.Xələfovanın yeni kolleksiyası dəbsevərlərin ixtiyarına verilib. Sonda isə gənc modelyerlərin yaz-yay kolleksiyaları nümayiş edilib.
Qeyd edək ki, martın 14-də G.Xəlilovanın, 15-də isə Yıldırım Mayrukun dəfiləsi baş tutacaq.

Mayruk geyimləri qardaş ölkədə yaşayan model Günay Musayevaya həvalə olunub.

Türkiyəli modelyer gecədə eyni zamanda 50 illik yubileyini də qeyd edəcək.








Xəbəri paylaş

1 1458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___