Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Erməni deputat ATƏT-də təxribat törətdi"
Tarix: 02-07-2016 | Saat: 18:47
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

"Erməni deputat ATƏT-də təxribat törətdi"

Tiflisdə ATƏT Parlament Assambleyasının (PA) İqtisadiyyat komitəsinin iclası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə İtaliya nümayəndə heyətinin üzvü Mariette Tedi məruzə ilə çıxış edib. Məruzədə ATƏT ölkələri arasında iqtisadi əlaqələr istiqamətində əldə olan nailiyyətlər, ölkələrin qarşılıqlı etimadı sayəsində mexanizmlərin hazırlanması məsələləri barədə fikirlər əks olunub.

APA-nın məlumatına görə, iclasda Azərbaycanın ATƏT-in PA-dakı nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili də çıxış edib. O, Azərbaycanın regionda həyata keçirilən beynəlxalq iqtisadi layihələrdə rolu, Şərq, Qərb, Şimal və Cənub dəhlizlərinin yaradılması, regionda ATƏT-in iqtisadi əlaqələrinin daha da genişləndirilməsi və ölkələrarası etimadın yaradılması barədə danışıb.

Onun çıxışı zamanı Ermənistan nümayəndə heyətinin üzvlərindən biri siyasi bəyanatla çıxış edib. T. Mirkişili deyib ki, Ermənistan nümayəndəsinin çıxışı əsasən, aprel döyüşlərinə həsr olunub. Erməni nümayəndəsi Azərbaycanın apreldə ermənilərə qarşı apardığı hərbi əməliyyatlardan və bu əməliyyatların cavabsız qalmayacağından və ehtiyac olarsa, Azərbaycana daha güclü şəkildə cavab veriləcəyindən danışıb: “Bu, hədə dolu siyasi bir bəyanat idi və bu bəyanat tədbir iştirakçılarını çox təəccübləndirdi”.

Biz çıxışımızda ona cavab olaraq dedik ki, bu cür siyasi bəyanatlar iqtisadi deyil, digər komitələrdə verilə bilər: “Belə bir bəyanatın verilməsi çox gözlənilməz və yersiz idi. Biz bu iclasda iqtisadi məsələləri müzakirə etməyə toplaşmışdıq. Ermənistan nümayəndə heyəti üzvünün belə bir aqressiv bəyanat verməsi təxribatdır və danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti addımlardan biridir. Biz bir daha bəyanat etdik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini işğal edib, işğalçı və təcavüzkar dövlətdir. Ermənistan nümayəndəsinə bildirdik ki, onun çıxışı destruktiv xarakter daşıyır”.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___