Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda ABŞ-ın müstəqillik günü qeyd edildi
Tarix: 01-07-2016 | Saat: 21:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakıda ABŞ-ın müstəqillik günü qeyd edildi
İyulun 1-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Axar.az xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın müstəqillik bəyannaməsinin imzalandığı gündür.

Azərbaycan-ABŞ münasibətlərindən danışan diplomat hər iki ölkənin birlikdə bir çox uğurlara nail olduğunu söyləyib. ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini vurğulayan səfir iki ölkə arasında güclü tərəfdaşlığın olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı mövcud dialoq qarşıda duran məsələlərin həll olunmasında bizə kömək edəcək. R.Sekuta ABŞ hökumətinin Azərbaycanın Əfqanıstandakı sülhyaratma əməliyyatlarına verdiyi töhfələri xüsusi qiymətləndirdiyini vurğulayıb. Prezident İlham Əliyevin ABŞ-a səfərinin əhəmiyyətindən danışan diplomat bu səfərin ikitərəfli əlaqələrin yeni məcrada inkişafına töhfə verdiyini qeyd edib. “Biz demokratik, güclü və inkişaf edən Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqik”, - deyə səfir vurğulayıb.

Maliyyə naziri Samir Şərifov Azərbaycan hökuməti adından Amerika xalqını milli bayram münasibətilə təbrik edib. Ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışan nazir bildirib ki, ikitərəfli əlaqələr ötən illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində inkişaf edib. Əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən nazir ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyib. S.Şərifov son dövrdə iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərləri qeyd edərək ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ölkələrimiz arasında qlobal, regional təhlükəsizlik sahəsində və terrorizmə qarşı mübarizədə birgə əməkdaşlıq mövcuddur. Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir. “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycanın fəaliyyəti ABŞ tərəfindən dəstəklənir. Azərbaycan ABŞ ilə birgə beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Azərbaycan terrorizmin bütün növlərini qətiyyətlə pisləyir. Nazir deyib ki, ölkəmiz Cənubi Qafqazda sabitliyə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində, regionda sülhün bərqərar olmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın öz səylərini artıracağına ümid edir.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___