Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elnur Hüseynov: Anam namaz qılır, mən isə...
Tarix: 08-05-2015 | Saat: 16:10
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / M2 / Müsahibə | çapa göndər

Elnur Hüseynov: Anam namaz qılır, mən isə...
“17 yaşımdan etibarən tək yaşayıram”.

Elnur Hüseynov mayın 21-də Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşır. "O Səs Türkiyə"nin birincisi müsabiqədəki komanda rəhbəri Ebru Gündəş və özü haqqında Türkiyə mətbuatına olduqca maraqlı açıqlamalar verib.

Xeberaz.az teleqraf.com-a həmin müsahibəni təqdim edir:

- "O Səs Türkiyə" müsabiqəsi həyatınızda nələri dəyişdi?

- Çox şey dəyişdi və indi "Avroviziya" müsabiqəsindəyəm.

- "Həm Azərbaycan, həm də ikinci vətənim Türkiyə üçün səhnəyə çıxmağa hazırlaşıram" deyə açıqlamanız olub...

- Mən elə görürəm. Hər kəsdən pozitiv enerji alıram. Demək sevilmişəm ki, "O Səs Türkiyə" müsabiqəsində qalib olmuşam. İnsanların müsbət reaksiyaları məni çox sevindirir. Ötən gün restoran rəhbəri yemək yedikdən sonra "Sən "O Səs Türkiyə" qalibi deyilsənmi? Səndən pul almayacağam" dedi.

- "Avroviziya" hazırlığı necə gedir?

- Gəzirik, qastrol səfərləri davam edir. Hər ölkənin özünə məxsus havası var. Bir az xəstə idim. Hələ də sağalmamışam.

- İddialısınız? Sizcə finala keçə biləcəksiniz?

- Bilmirəm. "O Səs Türkiyə" müsabiqəsində də bu suala “bilmirəm” deyə cavab vermişdim. Bu müsabiqədə də çox gözəl iştirakçılar və mahnılar var. Mənim də qalib ola biləcəyim iştirakçılardan biri olduğumu deyirlər. Görək, inşAllah olar.

- "Avrovizya"dan sonra nələr planlaşdırırsınız?

- Yeni mahnı albomu üzərində işləməyə başlayacağam. Ağlımda görmək istədiyim çox iş var. Bəlkə bir il ərzində iki albom çıxardım. Biri Avropa, digəri isə Türkiyə üçün.

- Nə kimi hədəfləriniz var?

- Mən böyük popstar olmaq istəmirəm. Elə bir hədəfim yoxdur. Mahnılar bəstələyib konsertlər vermək istəyirəm. Hədəfim mahnılarımı böyük kütlələrə oxumaqdır.

- Aktyor olmaq kimi bir istəyiniz var?

- Ola bilər, amma obraz mənim üçün çox vacib məsələdir. Komediya janrındakı filmdə rol almaq istəyərəm.

- "O Səs Türkiyə"dəki komanda rəhbəriniz Ebru Gündəş sizi dəstəkləyir?

- Müsabiqədən sonra bir dəfə görüşdük.

- Ebru Gündəş necə insandır? Onunla birlikdə işləmək sizə nələri öyrətdi?

- Ebru maşallah gözəldir. Səhnədə də, həyatda da gözəldir. Mənim tərzim tamam başqadır, amma onun oxuduğu janrı da sevirəm. Çox gözəl oxuyur. Ebru ilə tanış olduğum üçün çox sevindim. Ümid edirəm dostluğumuz davam edər. Ebruda insanlığı gördüm. Bəziləri səhnədə səni qucaqlayır, amma səhnə arxasında heç səni tanımırlar. Ebru elə bir insan deyil.

- Müsabiqədən əvvəl nə ilə məşğul idiniz?

- Dostlarımla birlikdə yeni-yeni mahnılar hazırlayırdıq. Mən pianino və klassik vokal üzrə təhsil almışam. Bir də Amsterdamda 1-2 ay caz vokal dərslərini aldım.

- Artıq İstanbulda yaşayacaqsınız?

- Burada qalmaq istəyirəm. Mən 17 yaşımdan etibarən tək yaşayıram.

- Necə bir ailədə böyümüsünüz?

- Ailəm Azərbaycanda yaşayır. 33 yaşlı bir bacım var. Vizajistdir. Anam və atam isə dinlərinə bağlı insandırlar. Daima ibadətlərini yerinə yetirirlər.

- Bəs siz?

- Mənim də hər zaman içimdə müsəlman hissiyyatı var.

- Türkiyədə çox dostlarınız var?

- Dostlarım çoxdur, amma bir az qapalı insanam. Ona görə də salamlaşmaqdan əlavə yaxın olduğum çox insan yoxdur.

- "O Səs Türkiyə" müsabiqəsindən görüşdüyünüz kimlər var?

- Zeo ilə görüşürük. İnşallah birlikdə duet oxuyacağıq.


Xəbəri paylaş

8198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___