Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Manatın möhkəmlənməsinin 4 mühüm yolu
Tarix: 01-07-2016 | Saat: 15:59
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər


Manatın möhkəmlənməsinin 4 mühüm yolu
Dolların manata nisbətən son bir ayda möhkəmlənməsi fonunda yalnız biznesin deyil, eyni zamanda əhalinin də xarici valyutalara tələbi artmaqdadır. Bu baxımdan, son hərraclarda banklar hətta yarım milyard dollarlıq sifarişlə çıxış edirlər. Nələrə ehtiyac var?

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert manatın ucuzlaşmasının qarşısının alınması yollarını qeyd edib:

1. Hərraclarda dollar sifarişlərinin strukturu göstərir ki, bankların yüksək məbləğdə xarici valyuta istəməsi həmçinin satışa çıxarılan valyutanın həcminin az olması ilə bağlıdır. Hərraca çıxarılan 50 milyon dollar sifarişlərin məbləğlərinə uyğun olaraq müəyyən faiz intervalı daxilində paylaşdırılır. Məsələn, 6 milyon dollar tələbi olan bank hərraca 30 milyon dollar sifarişlə gedir. Həmin bank əmindir ki, 30 milyon dolları ala bilməyəcək, amma sifarişinin 10 faizinə ümid etdiyindən yüksək məbləğlə aksiona qoşulur. Yəni bankların əksəriyyəti “çox istəyim ki, heç olmasa azı ala bilim” prinsipi ilə hərraca gəlirlər. Bu isə o deməkdir ki, indiki məqamda MB-ni bazara intervensiya etməklə bazarın dollara olan tələbini azalda bilər. Hərraclarda sifariş ilə tələb arasında mövcud fərq manat təklifini artırır. Hərraclar olmayan günlər məzənnəni dəyişməməklə kursu uzun müddət tənzimləmək mümkün deyil. Növbəti hərraclarda MB-nin hərraca satıcı qismində çıxıb 1-ci mərhələdə 300 milyon dollar təklif etməklə tələbi normallaşdırmağa çalışmalıdır. Əks halda, baş bankın “valyuta ehtiyatları, yoxsa məzənnə” arasında seçimdə tərəddüdü dolların möhkəmlənməsinin davam etməsinə səbəb olacaq. Bankların mövcud manat likvidliyini nəzərə aldıqda onlardan yalnız birinin məzənnəyə ciddi təsir imkanları var. MB-nin satıcı kimi hərraca qayıtması manata təzyiqin yumşalmasına səbəb ola bilər.

2. MB-nin intervensiyasından sonra məzənnə marjının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməlidir. Valyuta bazarında mövcud məzənnə siyasətinin liberal üzən valyuta rejimi olmadığını müəyyənləşdirmək çətin deyil. Rəsmi məzənnə ilə bazar kursu arasındakı 4 faizlik marjın iqtisadi baxımdan modelləşdirildiyini söyləmək də mümkün deyil. Bu marj bəzi kommersiya banklarına məzənnəyə spekulyativ təsir imkanları verir. Bu baxımdan, MB tələbi normalaşdıra bildiyi halda marjın 2 dəfə azaldılması barədə qərar qəbul edə bilər. Bununla yanaşı, gələcəkdə məzənnə siyasətinin liberallaşdırılması ilə mərhələli islahatlar həyata keçirilməlidir.

3. Kommersiya banklarının dollar sifarişi ilə xarici valyuta satışı arasındakı korrelasiyanın monitorinq edilməsinə ehtiyac var. Maliyyə Bazarlarına Nəzarət Palatası belə monitorinqin nəticələrinə əsasən bazar iqtisadiyyatı prinsipləri daxilində xarici valyuta üzrə tələb-təklifə təsir edə bilər.

4. MB-yə inamın artırılması istiqamətində islahatlar aparılmalıdır. Milli valyutaya inam baş banka güvənin formalaşmasından keçdiyi üçün MB ilə bağlı institutsional və kadr islahatlarının aparılması məqsədəuyğundur.


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
7-05-2016, 10:22 Neft bahalaşdı

bütün xəbərlər
____ Instagram ___