Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya: “Bizdə Osman Vadinov yoxdur”
Tarix: 01-07-2016 | Saat: 14:57
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiya: “Bizdə Osman Vadinov yoxdur”

Rusiya İstanbulun Atatürk Hava Limanında baş verən terror hücumunda iştirak edən çeçen əsilli Osman Vadinov adlı vətəndaşının olmadığını açıqlayıb.

"Xəbəraz.az " xəbər verir ki, “İnterfaks”a açıqlama verən Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz üzrə nümayəndəliyi Çeçenistanda Osman Vadinov adlı vətəndaşın yaşamadığını bildirib:

“Çeçenistanda heç vaxt Osman Vadinov adında bir adam yaşamayıb. Üstəlik, Vadinov soyadı da çeçenlərə aid deyil. İkinci şübhəli Əhməd Çatayevə gəlincə, bu adam Rusiya tərəfindən də axtarışda olub. Sonuncu dəfə 2012-ci ildə Gürcüstan ilə sərhəddə ələ keçirilən Çatayevin deportasiyasını tələb etmişdik. Ancaq Gürcüstan bu şəxsi bizə verməyəcəyini bildirdi. Bizdə olan məlumatlara görə, Çatayev “Qafqaz Əmirliyi” adlanan təşkilatın lideri Doku Umarovun Avropa təmsilçisi olub”.

Qeyd edək ki, Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) terror hücumunu törədən kamikadzelərdən birinin Osman Vadinov adlı çeçen əsilli Rusiya vətəndaşı olduğunu açıqlayıb. Vadinov bir müddət öncə Suriyanın Rakka şəhərindən Türkiyəyə gələrək teraktın reallaşması üçün hazırlıqlara başlayıb.

Xatırladaq ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb. Türkiyə hökuməti hücumun arxasında İŞİD-in dayandığını bildirib. Artıq terror hadisəsi ilə əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir


Xəbəri paylaş

6988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___