Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müğənnilər xalq artistinin cavabını VERDİ: "Allah onun..."
Tarix: 01-07-2016 | Saat: 12:52
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Müğənnilər xalq artistinin cavabını VERDİ: "Allah onun..."

Xalq artisti Yalçın Rzazadənin şou-biznesə aid olan müğənnilərdən hər zaman uzaq olduğunu, hətta onları tanımadığını bəyan etməsi, xüsusilə Nadir Qafarzadə, Manaf Ağayev və Röya haqqında fikirləri qarşı tərəfi çaş-baş salıb.
"Xəbəraz.az " xəbər xəbər verir ki, publika.az-a danışan Nadir Qafarzadə yaşlı həmkarının onu tanımaması barədə açıqlamasından təəccüblənib. Hətta bir neçə dəfə, "doğrudan, mənim adımı çəkdi?" deyə soruşub. Xalq artistinin bu sözlərindən incik düşdüyü açıq-aydın hiss olunan Nadirin cavabı qısa və konkret olub: "Allah canını sağ eləsin. Görünür, ona yaxşı hörmət qoymuşam, indi də bu hörmətin qarşılığında məni tanımır. Bütün məclislərdə məni görüb də, danışıb da. Bu da hörmətimin qarşılığı, heç nə demirəm. Daha sözüm yoxdur".

Müğənni Manaf Ağayevin isə Yalçın Rzazadəninin onu tanımamasına reaksiyası belə olub: "Dəqiq tanımadı? Lap elə dedi ki, Manaf Ağayevi tanımıram. Hə, nə olsun, kişi deyibsə, tanımıram, demək ki, tanımır da. Ağsaqqal adamdır, yəqin tanımır. Məni rəhmətlik Habil Əliyev tanıyırdı, Yalçın Rzazadə tanımırsa, tanımasın. İkincisi də o deyib ki, şou-biznesdə olan adamları tanımır. Mən özümü şou-biznesə aid eləmirəm. Çıxıram efirə, dəvət aldığım verilişdə çıxış edirəm, oradan da gedib toylarımı oxuyuram".


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___