Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Obama İstanbul teraktına görə çox kədərlənib”
Tarix: 30-06-2016 | Saat: 12:20
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

“Obama İstanbul teraktına görə çox kədərlənib”

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin Vaşinqtondakı səfirliyinə baş çəkib.

Xəbəraz.az xəbər verir ki, “Bütün dünya Türkiyənin ətrafında birləşdi”, - deyən Bayden İŞİD terror təşkilatının ölkələrin, xalqların bir-birinə yaxınlaşmasında rolu olduğunu bildirib.

Terror qurbanları üçün xatirə dəftərinə fikirlərini yazan Co Bayden Obamanın da bu hadisəyə görə böyük üzüntü keçirdiyini qeyd edib:

“Mən, həyat yoldaşım Cill, Prezident Barak Obama və onun xanımı Mişel Obama, eləcə də bütün Amerika xalqı günahsız insanların həlak olmasına görə kədərlənirik. İstanbul və Türkiyə terrora təslim olmayacaq. Terrorun qarşısını almaq üçün daha ciddi səylə çalışacağıq. Türkiyə və ABŞ olaraq bu qəddar ideologiyanın öhdəsindən gələcəyik”.

Qeyd edək ki, Atatürk Hava Limanında baş verən terakt nəticəsində 42 nəfər həyatını itirib, 200-dən çox insan yaralanıb.


Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
14-03-2015, 10:03 Zabratda qanlı dava

bütün xəbərlər
____ Instagram ___