Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi təlimlərini yekunlaşdırdı
Tarix: 28-06-2016 | Saat: 19:09
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi təlimlərini yekunlaşdırdı
“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi son təlimini Elit Akademiyasında keçirib

Gənc jurnalistlər son-beşinci gün də iki mühazirə dinləyiblər. Bu dəfə peşəkar olmaq istəyən gənclərə jurnalistikanın sirrləri, peşə əxlaqı kodeksləri barədə təlimi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli keçib.

İkinci mühazirəçi, Tezis.az saytının baş redaktoru Taleh Şahsuvarlı isə mediada reklam və piar mövzusunda mühazirə deyib. Hər iki mühazirə qarşılıqlı dialoq çərçivəsində keçib. Rəhbəri Anar Yusifoğlu, koordinatoru Aqil Ələsgər olan “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi lahiyəsinin təlimləri bununla yekunlaşmışdır.

Yaxın günlərdə təlim iştirakçılarına sertifikatların təqdimat mərasimi keçiriləcək.


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
10-02-2018, 12:34 Buffon 500-ə çatdı

bütün xəbərlər
____ Instagram ___