Skolioz hamiləliyə əngəl yarada bilər?
Tarix: 27-06-2016 | Saat: 13:51
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər
Skolioz çox yayılmış pozulmadır. Hamiləliyi planlaşdırdıqda skoliozun dərəcəsini bilmək çox vacibdir.
Skoliozun ilk mərhələlərində (1-ci və 2-ci) skolioz daxili orqanların fəaliyyətinə təsir etmir. Lakin skoliozun 3-cü və xüsusilə də 4-cü mərhələlərində onurğanın deformasiyası nəticəsində ürək və ağciyər öz fizioloji yerləşməsini dəyişir ki, bu da onların fəaliyyətinə mənfi təsir edir. Hamiləlik zamanı qadının tənəffüs və ürək-damar sistemləri güclü yükləmələrə məruz qalır. Skolioz nəticəsində fəaliyyəti pozulmuş bu sistemlər üçün belə yükləmələr hədsiz dərəcədə ağır ola bilər ki, bu da qadının sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yarada bilər.
Bu səbəbdən 3-cü və 4-cü dərəcəli skoliozu olan qadın hamiləliyini mütləq planlaşdırmalı və qabaqcadan ginekoloqun, terapevtin və ortopedin müayinələrindən keçməlidir.
Hamiləlik zamanı, hətta sağlam qadınlar bel ağrılarından əziyyət çəkir. Bu, böyümüş uşaqlığın onurğaya olan təzyiqi ilə bağlıdır. Skoliozdan əziyyət çəkən qadınlarda bu ağrılar daha da şiddətli, dözülməz ola bilər. Bu zaman xüsusi bandajların taxılması, qoruyucu rejim kömək edə bilər.
Skoliozun yüngül formalarında təbii doğuş mümkündür, lakin daha ağır formalarda qadına qeysəriyyə kəsiyi təyin oluna bilər.
Beləliklə, əksər hallarda skolioz hamiləlik və doğuş üçün əngəl yaratmır. Sadəcə qadın özünü mümkün qədər qorumalı və daim həkimlərin nəzarətində qalmalıdır. (saglamolun.az)
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

30-08-2016, 21:53
“Azərsun holdinq” qiymətləri qaldırdı
12-08-2016, 12:48
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində DƏHŞƏTLİ QƏZA: 3 ölü, 5 yaralı
30-07-2016, 12:44
Gəncənin “Çaynikli ev”i - Video
13-02-2016, 10:51
"Böyük oyun"unda kim sevinəcək?
20-09-2015, 16:12
Binada yanğın, 30 nəfər təxliyə edilib
14-09-2021, 14:27
Azərbaycanda ŞOK OLAY: 3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - VİDEO
14-08-2020, 17:34
Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxdu? - AÇIQLAMA
26-07-2015, 13:09
Deputat parlamentdə uşaq əmizdirdi (FOTO)
11-06-2020, 11:25
“İntermed” MMC LƏĞV OLUNDU