Millət vəkili Vyetnamın vitse-prezidenti ilə görüşdü
Tarix: 26-06-2016 | Saat: 12:54
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Millət vəkili Q.Paşayeva Vyetnamın vitse-prezidenti ilə köçkün qadınlardan danışıb.
"Xəbəraz.az " xəbər verir ki, Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi heyəti ilə görüşməkdən məmnunluğunu bildirən Qənirə Paşayeva ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsini və bu istiqamətdə Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama yüksək səviyyəli səfərini xüsusi qeyd edib. Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyib.
Millət vəkili Q.Paşayeva Vyetnamın vitse-prezidenti Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Vyetnam nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.
O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən materialları təqdim edib.
Xəbəri paylaş
7638 dəfə oxunub.
Digər xəbərlər

9-11-2016, 11:33
Zakir Qaralov "FETÖ işi"ndən danışıb
16-05-2016, 18:22
Tanınmış şair 10 il azadlıqdan məhrum edildi
26-11-2016, 16:24
Əməkdar artisti təhqir etdilər: "Bu cür oğlan sənin nəyini alıb?" - FOTO
20-05-2015, 00:49
“Əleyhqazımı ona verdim...”
18-11-2019, 14:43
Abşeronda evdən 53 500 manatlıq oğurluq edildi
22-06-2018, 14:37
Səfərbərliklə bağlı gizli məlumatlar üzə çıxdı - Foto
28-11-2022, 14:02
"Onlara baxıb, ayırmayanlara ayıb olsun" - Deputat
17-11-2017, 16:05
Seysmoloji Xidmət Mərkəzindən ittihamlara cavab
3-07-2016, 13:18
Əfqanları PKK-çı zənn edib bıçaqladılar
28-06-2018, 16:45
Putin Trampla görüş vaxtını və yerini açıqladı