Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnterpol AZAL-ın vəzifəli əməkdaşını axtarır - YENİLƏNİB
Tarix: 26-06-2016 | Saat: 12:02
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İnterpol AZAL-ın vəzifəli əməkdaşını axtarır - YENİLƏNİB

İnterpol vasitəsi ilə axtarışa verilmiş Azərbaycan vətəndaşı ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, beynəlxalq polis təşkilatı İnterpol insan alveri ilə məşğul olan mütəşəkkil qruplaşlara qarşı İnfra Hydra əməliyyatı keçirir. Bu əməliyyat çərçivəsində 31 ölkə 180 şübhəlini müəyyən edib və beynəlxalq axtarışa verib. Onlardan 57-i artıq İnterpol tərəfindən həbs edilib.

Beynəlxalq polis təşkilatı insan alverinə diqqəti cəlb etmək üçün İnfra Hydra əməliyyatı çərçivəsində axtarışda olan 10 şübhəlinin adlarını və fotolarını yayıb. Onların arasında bir Azərbaycan vətəndaşının olduğu da bildirilirdi.

Məlum olub ki, həmin şəxs AZAL-ın yüksək vəzifəli əməkdaşı Tacəddin Əliyevdir. Tacəddin Əliyev Heydər Əliyev Bakı Beynəlxalq Aerportunun sərnişin nəzarətinin rəhbəri olub və tabeçiliyində olan işçilərlə, habelə hava yolları şirkətinin əməkdaşları ilə əlbir olaraq 2 İraq vətəndaşının sərhədi qanunsuz keçməsinə şərait yaradıb, bunun əvəzində onlardan pul alıb.

İnterpol-un saytında Tacəddin Əliyevin dosyesi yer alır. Orada göstərilir ki, T.Əliyev 1970-ci ildə Cəlilabad rayonunda anadan olub, Azərbaycan vətəndaşıdır. Azərbaycanın prokurorluq orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Boyu 180 sm, çəkisi 107 kq-dır.

Qeyd edək ki, Lent.az T.Əliyevin axtarışa verilməsi ilə bağlı bir həftə əvvəl informasiya verilmişdi.

*****

19 iyun

Azərbaycanın hüquq-mühafizə orqanları ölkə sərhədlərini pozmuş şəxsi beynəlxalq axtarışa verib. Lent.az İnterpool-a istinadən xəbər verir ki, Cəlilabad rayon sakini olan 45 yaşlı Tacəddin Əliyev barəsində “qırmızı xətt” üzrə bülleten açılıb. Onun xarakterik əlamətləri bülletenə əlavə edilib.

İnterpolun saytında T.Əliyevin 2005-ci ildə çəkilmiş fotosu yerləşdirilib. Qeyd edilib ki, axtarışa verilmiş şəxsin boyu 18 santimetr, çəkisi 105 kiloqram, saçının və gözünün rəngi qaradır.

Axtarışlar davam etdirilir.

İnterpol AZAL-ın vəzifəli əməkdaşını axtarır - YENİLƏNİB


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___